Böyük arzuya gedən yol (3)
2004-04-01Varlığını dananlara xitab!
2004-10-29Bir xalqın üstünə zülmət çökəndə,
Günahsız insana kəfən biçəndə,
Ürəklər çirpinib zülmü seçəndə,
Usyanlar qaldırar səslər: “Intiqam!”
Məhəbbət yerini alar intiqam.
Zülmükar bir hakim təxtə çixanda,
Gecə gündüz xalqın evin yixanda,
Məzlumun boğazın kəndir sixanda,
Vucdanlı insanda daşar intiqam.
Yeni dovran gələr, alar intiqam!
Qayğıkeş atalar edam olanda,
Yetim uşaqların rəngi solanda,
Haqq söz sinələrdə kök bağlayanda,
Savalan dağı dək olar intiqam!
Qadınlar-uşaqlar alar intiqam!
Yoxsulluq kütləyə verməzsə aman,
Gəncilər tiryaka gətirsə gümün,
Böyrək bir milyona satılan zaman,
Səhənd dağı kimi yanar intiqam.
Zalimi, yandırıb- yaxar intiqam!
Məktəb kitabları yanıb kül olsa,
Uşağın huququ kökdən pozulsa,
Atanın- ananın gözləri dolsa,
Gözlərin içində, doğar intiqam!
Dağları çən tutar söyər “intiqam!”
Zülmükar əlindən düşəndə sürgün,
Qəsb olan varına olanda üzgün,
Qurbət diyarında can versə bir gün,
Məzar daşlarıda səslər intiqam!
Torpaq qoynun açar alar intiqam!
Nəcabətsiz adam fürsət tapanda,
Nəcib insanları dardan asanda,
Məzlum qadınları daşa basanda,
Umman dənizi dək coşar intiqam.
Bütün okyanları qapsar intiqam!
Günəşin qarşısın bulud alanda,
Qaranlıq ışığa zəfər çalanda,
Təbiyyətin gözəl rəngi solanda,
Babək qalasından qalxar intiqam!
Quduzlara tutar divan intiqam!
Zülmət buludundan yağış yağanda,
Sellər, sular şaqqıldayıb axanda,
Zülmün binasını sel isladanda,
Zalımləri taxtdən salar intiqam!
Məzlümların qanın alar intiqam!
Mirmusa istəməz intiqam alsın,
İnsanın boynuna kəndiri salsın,
Gərək dünyamızda insanlıq qalsın,
Bəlkə zalim azadlıqla barışa.
İnsan olub insanlığa qarışa!
Mir Musa Haşimi
Malmö, İsveç
5 İyul 2004-cu il
mirmosa1947@gmail.com