İntiqam
2004-07-05Bir Millətin haqq səsini boğmaq olarmı?!
2006-09-30Ey kökünü danan ağa,
Dilini yarğıdan ağa!
Öz qınından cıxan kimi,
Bəyənmədin sən heç kimi.
Əcdanından qalan dilə,
Dodaq büzdün bilə-bilə.
Özgə dildə qırıldatdın,
Doğma dilini alçatdın.
Varlığını ucuz satdın,
Yaşlı kökün bütün atdın.
Öz xalqından qıdalandın,
Qarnın doycaq uzaqlandın.
Yad ellərdən dərsin aldın,
Hər tərəfdə nifaq saldın
İnsanlığı çomaq etdin,
Düz yollari əyri getdin.
Millət adın hey pislədin,
Özgələrə çox işlədin.
Ömrün ötdü xulyalarda,
Eniş, yoxuşlu yollarda.
Dəvə gönü geydi başın,
Silindi başdan yaddaşın.
Yadlara sən etdin qulluq,
Sübut oldu bu manqurtluq.
İnsan olan var itirməz,
Doğma dilə dodaq büzməz.
Nədən özən inanmırsan?
Varlığına xor baxırsan?
Varlıqda var şan-şöhrətin,
Xalq içində öz hörmətin.
Doymadınmı qul olmaqdan?
Çalış tez çıx bu batlaqdan!
Şahlar şeyxlər yetər bizə,
Millətimiz çökdü dizə.
Bəsdir daha qul olmağın,
Xalqımı gözdən salmağın.
Qoy parlasın Azərbaycan,
Uğrunda biz verərik can!
Varlıq yaşar kimliyində,
Azərbaycan Türk dilində.
Dil millətin sərvətidir,
Tükənməz bir dövlətidir.
Varlıqda var oğuz izi,
Türk elləri sevir bizi.
El dərdini yazan zaman,
Göz yaşlari verməz aman.
Qələm ağlar kağız üstə,
Yara vurar yaram üstə.
Mirmusayam inanıram,
Haqq sözümə dayanıram.
Bir gün gələr ayılarsan,
Varlığına qayıdarsan.
Gəl fürsəti vermə əldən
Tarıx yazaq biz əzəldən!!!
Mir Musa Haşimi
Malmö, İsveç
29 Oktiyabr 2004-cu il
mirmosa1947@gmail.com