Sabah bu fəryadlar üsyana çeviriləcək
2010-12-12Böyük insan, qüdrətli alim ustad Mir Hidayət Həsarinin nurlu xatirəsini ehtiramla yad edirik! (1929-2012)
2013-01-20Göyərən güllərin hər butasında,
Sən diriləcəksən yaşayacaqsan.
İnanıram buna, əminəm buna,
Əbədiyyətədək varsan ki, varsan.
Bulud Qərəçurlu (Səhənd)
Giriş
Azərbaycanın qudrətli şairlərindən biri sayılan Bulud Qərəçurlu (Səhənd) Ustad Fərzanənin sevdiği şairlərdən biri idi. Ona görə də ustad haqqında xatirələrimi Səhəndin şeiri ilə başlamağım təsadüfü deyil.
Bu xatirələri ötən illər kağız üstə köçürdüb əziz oxuculara çatdıra bilməsəmdə, ancaq indi vaxtı gəlib çatmışdır. Bizdə belə bir deyim var: “Balığı hər zaman sudan tutsan təzədir.” Buna görədə çalışdım sonsuz hörmətim olan professor Məhəmməd Əli Qovsinin (M.E. Fərzanə) vəfatinin beşinci il dönümü münasıbəti ilə əlimdən qopduqca yığcam şəkildə xatirələrimi bir daha canlandıram. Bununla Azərbaycan xalqının milli varlığı uğrunda ömür boyu yorulmadan qələm cəbhəsində təmənnasız vuruşan qocaman alimin ulu ruhu qarşısında, insani və milli borcumu yerinə yetirmiş olam. Beləliklə, Azərbaycan və azərbaycan millətinin baş ucalığı uğrunda çalışmış, vaxtsız dünyasını dəyişmiş bütün fədakar vətən evladlarına rəhmət diləyib və qalanlara səmimi salam və dərin sayqılarımı bildirəm. İstərdim bir daha sübut edək ki, xalqımız, haqqsevər və qədir bilən bir xalqdır, qayğıkeş insanlarını heç zaman unudmayacaqdır!
İsveçdə ilk görüş
1994-ci ilin mart ayında, İsveçin güneyində yerləşən Malmo şəhərində ”Azərbaycan-İsveç dostuluq cəmiyyəti “ARAZ“ rəsmi olaraq mədəni-ictimai fəaliyyətə başlamışdı. Üzv olduğum bu cəmiyyətin təşəbbüsü ilə Almaniyaya qonaq gələn ustad Fərzanəni ilk dəfə olaraq İsveçə dəvət etdik. Bu- nun üçün İsveçin Almaniyada olan səfirliyinə dəvət məktubu göndərmişdik. Cəmiyyətin yeni yaranması ərəfəsində azərbaycan ziyalılarının buraya gəlməsi hamımızı sevindirir- di. Buna görədə səbirsizliklə ustadın gəlməsin gözləyirdik.
Aldığımız xəbərə görə ustadın Almaniydan gəmi ilə Mal- mo şəhərinin güneyində yerləşən “Telleborg” gəmi limanına gəlməsi gözlənilirdi. 1996-ci il dekabr ayının 20-də, cümə günü axşam çağı bir qrup soydaşlarımızla birlikdə limana doğru yollandıq. Təxminən yarım saatdan sonra limana çat- dıq. Gün ufuqlərdən çəkilərək qaranlıq pərdəsin salmışdı. Sahildən baxarkən dənizdəki kiçik və böyük gəmilərin işığı göz qamaşdırırdı. Qışın şaxtalı axşamında dənizdən əsən sa- zaqlı yelin səs-küyü ətrafi götürmüşdü və sümüyümüzü sızıldadan soyuq hamımızın səbrini kəsirdi. Bir azdan nəhəng bir gəminin asta-asta limana doğru irəlilədiyini gördük. Gəmi sahilə yaxınlaşıb lövbər (ləngər) saldı. Qonaqları qarşılamaq üçün gözləmə salonuna girdik. Bir neçə dəqiqədən sonra ba- şında qara “buxara” papağı, ağıryana geyimli, nur üzlü qocaman ustadımızı gördük. Ustad həyat yoldaşı Əxtər xanım Bedustani və Almaniyada yaşayan gənc azərbaycanlı şair Vali Göztən ilə çıxış qapısına doğru gedirdilər. Yaxınlaşıb əziz qonaqlarımızı gül dəstələrilə qarşıladıq. Qurbət ellərdə belə sıcaq və səmimi qarşılama onları da sevindirmişdi, bunu qonaqlarımızın üzlərindən duymaq olurdu. Bir azdan hamımız Malmoya doğru yola düşdük.
Vaxtın məhdud olmasına görə elə sabahısı gün, yəni dekabrın 21-i saat 18.00, cəmiyyətin yeni yaradılmış “Azərbaycan kül- tür evində” (Industrigatan 4),ustad Fərzanə ilə görüş keçirildi. Səmimi bir ortamda ustad azərbaycan türk dili və mədəniyyəti haqqında maraqlı çıxış etdi, xüsusilə Azərbaycanın mübariz şairi Bulud Qaraçurlu (Səhənd) və onun yaradıcılığı haqqında ətraflı məlumat verdi. Proqramın davamında Əxtər xanım Be- dustaninin uşaqlar üçün oxuduğu laylalar, nazlamalar, oxşa- malar salondakı izləyiciləri öz yerlərində coşdurdu. Bu gözəl çıxışlar çoxlarını qəhərləndirmiş, həyəcanlandırmışdı, bir çoxlarının üz-gözündə göz yaşlarını görmək olurdu. Habelə şair Vali Göztən ana dilimizdə sərbəst üslubda yazdığı şeirini oxuyaraq gecəyə ayrı bir rəng qatdı. Bir neçə saatdan sonra məclis sona çatdı. Sabahısı gün ustadgil qohumlarını görmək üçün İsveçin Göteborg şəhərinə doğru yola düşdülər.
“Sığınacaq almaq” macərası
stokholm International Kültür Mərkəzində çalışan soyda- şımız Əli Mollazadə cənabları gilin təşəbbüsilə ustad Fərzanə bu mərkəz tərəfindən 1998-ci ilin payızında seminara dəvət olunmuşdu. Uğurla keçirilən seminardan sonra ürək və göz ağrısından rahatsız olan ustad Fərzanə İrandakı qeyri-demok- ratik atmosferin hakim olmasına görə, İsveç dövlətindən sığı- nacaq almaq məcburiyyətində qaldı. Ömür boyu azərbaycan xalqının dili, ədəbiyyati və mədəniyyəti uğrunda çalışan usta- dın oturum əldə etməsidə asan deyildi.
Yaxşı yadımdadır, ağır duruma məruz qalan Fərzanə bir gün öz aramızda, qururla mənə belə dedi: ”Deyəsən bu oturum məsələsinin buruşuq düşməsin Bakıda eşidiblər və bilirlər ki, İrana geri dönmək niyyətində deyiləm. Elə buna görə, neçə gün öncə dostlardan birisi Quzey Azərbaycan cümhuriyyətinə dönməyimi ciddi şəkildə təklif etdi. Daha doğrusu çox sevindim və öz-özümə dedim ki, sağ olsunlar. Bu onu göstərir ki, vətənsiz deyilik və bizi çətin gündə soydaşlarımız yalqız buraxmırlar. Bu təklifdən sonra ustadı daha yüksək əhval- ruhiyyədə görürdüm.
Bir tərəfdən ana yurdundan uzaqlaşması, mühacirət idarəsinin mənfi cavabı və başqa tərəfdən də barmaq sayı olan bəzi adamların, xususilə Göteborgda, dedi-qoduları hər şeydən artıq ustadı rahatsız edirdi. Reallığı görə bilməyən bu insanlar ustadı həssas zamanda vətəni tərk etdiyinə görə onu qınayır, onun orda qalmasının daha faydalı hesab edirdilər. Duyğusallıq əsasında deyilən bu sözlər boş sözlər idi. Ustad isə onlara cavab olaraq deyirdi : ”Axi bu adamlar necə özlərinə icazə verirlərki, başqa insanların belə şəxsi həyatına qarışsınlar?!”
Sağolsun yenə İsveçdə və ayrı-ayrı ölkələrdə yaşayan aydın baxışlı vətəndaşlarımızı! Demək olar, səmimiyyətlə bu işdə qayğı göstərdilər. Ancaq həyatının bu dövründə də daşlı-çınqıllı yollardan keçən Fərzanə həyat yoldaşı ilə birgə 2001-ci il noyabr ayının 1-də oturum əldə etməyə nail oldular. Aydındır ki, ustadı himayə edənlər bu gün vücdan qarşısında qurur duyurlar, elə bu mənəvi qururdur ki, bu nəcib insanları başı uca yaşadır. Mən bu dəyərli soydaşlarımızın adlarını bir- bir bilmədiyimə görə və kimisəni unutmaq istəmədiyimə görə bu məqaləmdə adları qeydə almamağa qərar verdim. Mən bu əziz həmvətənlərimizə yenə dərin minnətdarlığımı bildirirəm və ümid edirəm ki, onlar məndən inciməzlər!
Mənə haqq verərsiniz ki, burda iki dəyərli insanın adla- rını mütləq çəkməliyəm və bilirəm ki, bu hamımızı ürəkdən razı salacaq. Bu Behruz Əsədi cənabları ilə onun viqarlı həyat yoldaşı Nahid xanim Zəncançidir. çünki bu iki nəcib insanın yaxından əməkləri qat-qat bizlərdən artıq olmuşdur. Sizlərlə fəxr edirik və sizə səmimi minnətdarlığımizi bildirməyi özümüzə borc sanırıq!
Ustadin 75 illik yubleyi
… Bir gün axşam çağı telefon danışığında, ustad Fərzanə belə dedi: “dostlardan Bakıda 75 illik yaş yubleyimi keçirmək təklifini veriblər, amma hələdə rəy bildirməmişəm. Dedim, ustad! Bu mərasim, İsveçdə olduğunuza görə burdaki, Azərbaycanlılar tərəfindən qeyd olması daha uyğun olar. İcazə verin bu işi “Varlıq” cəmiyyəti Malmo-da boynuna götürsün. Ustad: çox gözəl! Sizin müntəzəm işlərinizi sevirəm, necə istərsiniz elə olsun! Bu məsələni təklif kimi cəmiyyətdə açıqlayarkən, vətəndaşlarımız maraqla mərasimin qeyd olma- sına qərar verdilər. Ustadın, 75-illiyi 1999-ci il yanvar ayının ikinci günü, Malmo şəhərinin millət evində təntənəli şəkildə qeyd olundu. Yolların uzaqlığına və soyuq havaya baxmaya- raq. İsveçin ayrı-ayrı şəhərlərindən iştirak edən soydaşlarımız, habelə daxilda-xaricdə yaşayan Azərbaycanlılar tərəfindən göndərilən təbrik məktubları hamımızı sevindirdi. O, zaman, ustad Fərzanə haqqında ”Varlıq” cəmiyyəti tərəfindən yayılan məlumat belə idi:
“İllər boyu var-qüvvəsilə xalqımızın milli-mənəvi cəbhəsində çalışan görkəmli ədib, araşdırıcı və xalq xadimi ustad Məhəmməd Əli Qovsi, Bu günlərdə ömründə ikinci dəfə olaraq İsveçdə bizim aramızdadır. Ustad Fərzanə, bu il səmərəli və dolğun həyatının 75-ci elmi-tənqidi çalışmalar və yaradıcılığının 55-ci il dönumunə ayaq qoymaqdadır. 1302-ci günəş ilində (1923) başından firtanalar aşan Təbriz-də yoxsul və zəhmətkeş bir ailədə dünyaya göz açmış və ən kiçik yaşlarından yaşayışın çətinlikləri, çatışmazlıqları və zidiyyətləri ilə üz-üzə duran Fərzanə, minlər və yüz minlər Azərbaycan uşaqları və yeniyetmələri kimi, məktəbdə öz ana dilində dərs oxuya bilmədiyi halda, 1321-ci ildə (1942) Təbriz pedagoji məktəbini (danışsəranı) bitirdikdən sonra ailə-yə yardım üçün işə qatılmış və Təbriz tərbiyyət kitabxanasında işə başlamış və burda həsrətində olduğu kitabları oxuyub mənimsəmək üçün imkan tapmışdır. Demək olar ki, həmin kitabxana və onun ardınca yaşadığı cameə və qatıldığı hadisələr, onun milli-mənəvi dünya görüşlərini qat-qat dərinləşdirmiş və yetginləşdirmişdi.
İlk yazıları 1322-ci ildə ara-sıra farsca (Yadıgar məcəlləsində) və sonra şərait yaranınca türkcə olmuşdur. ilk türkcə yazıları “Fizüliyə bir baxış” və divan luğat Türk” də işlədilən atalar sözləri və məsəllər 1324-də Təbrizdə çıxan vətən yolunda ruznaməsində çıxmışdır.
Həmin illərdə Azərbaycanda baş verən hərəkatda, dil azadlığı və milli mətbuatın yaranması ilə “Azərbaycan milli dastanları” və “Azərbaycan xalq ədəbiyyatı” ünvanı ilə silsilə məqalələr şəkilində canlı nümunələr ilə birlikdə yayılmışdır. O, həmin illərdə dərs kitablarının yazılması və məktəblərdə ana dilində dərs keçirilməsi işlərində yardımlar göstərmişdi.
Ölkədə baş verən hərəkatın devrilməsi və bir sira çətinliklər və uğursuzluqlar ortaya çıxınca, Fərzanə, yazılarını yenidən farsca yazmaq icbarında qalmışdır. 1327-ci ildən sonra onun bir sıra kitab, monoqrafi və ictimai-xəlq məsələlərə aid yazdığı məqalə və açıqlamalar bu illərin məhsuludur. Bunların arasında böyük Azərbaycan şairi Nizami-nin 800 illigi münasibəti ilə onun “Təbriz” ruznaməsində yazdığı silsilə məqalələri bu yazılar və araşdırmalardan bir nümunə olaraq göstərmək olar.
1332-ci ildən sonra, Fərzanə, ictimai-mədəni fəaliyyətlərinə görə Təbrizdən Tehrana köçmək və orada sürgün kimi yaşamağa məcbur olduğu halda O, ağır və uğursuz günlərdə bir gözlənilməz hadisə kimi ortaya çıxmış böyük söz ustadı Şəhriyarın “Heydər Baba mənzuməsi” Azərbaycan milli-mənəvi dünyasında parlamağa başlayır və bu hərəkət Tehranda, M.E. Fərzanə və neçə-neçə Azərbaycan ədib və şairləri tərəfindən “Heydər Baba dərgisinin” yaranmasına səbəb olur. 1324-ci illərdə İran siyası fəzasında təzadların qa- barması ilə yaranan müvəqqəti açıq fəzada, M.E. Fərzanənin “Xəlq ədəbiyyatından bayatılar məcmuəsi” və Azərbaycan dilinin qrameri” (iki cild) nəşr edilir. Bu iki kitab və onlarla birlikdə Təbriz və Tehranda çıxan iki-üç kitabın yayılması, o, günlərdə Türk dili barədə uydurulan töhmətlər və yaramaz- lıqlara qarşı durur və tarixi istəklərini pozanların çənəsinə bir yumruq vurur.
Söz yox ki, bu iki əsər pəhləvi hakimiyyəti illərində bir daha nəşr etmək imkanı tapa bilmir, lakin hər iki kitab bu son igirmi ildə dəfələrlə (Azərbaycan dilinin qrameri 4 dəfə və bayatılar məcmuəsi yeni artırmalarla 8 dəfə yayınlanmış və bu son kitab tiraj cəhətindən İranda çıxan folklor kitabları sırasında birinci yeri tutmuşdur).
Bu illərdə cür bə cür mətbuatı çalışmalar, tərcümələr və folklor araşdırmaları ilə birlikdə M.Ə. Fərzanənin “şair Səhəndin sazının sözü” əsərinə müqəddəməsi və “Heydər Baba mənzuməsinin bədii xüsusiyyətləri” araşdırmaları dərin dəyərləndirilmişdir. 1357-ci ildə M.E. Fərzanəin təşəbbüsi ilə yaranıb və illər fəaliyyət göstərən “Fərzanə intişara- tı” tərəfindən yuxarıda adı çəkilən əsərlərdən əlavə onlarla əsərlər nəşr edilmişdir.
- Ana dili 6 cilddə) – 1324-ci ildə Azərbaycan məktəblərində dərs vermək üçün yazılmış Bunlar ki- tabların quruluşuna əl aparmadan eynən o, illərdən qalma bir yadıgar kimi yayılmışdır.
- Mirzə Əli Əkbər Sabir, Hophopnamə. Bu əsər yuxarı tirajla iki dəfə nəşr edilmişdir.
- Dədə Qurqud kitabı. Bu Azərbaycan folklorunun ölməz şah əsəri M.Ə.Fərzanənin müqəddəməsi ilə yayılmışdır.
- Şəhriyar və Heydər Baba (məktublar və nəzirələr)
- Təranehaye rustayi İran (ba tərcümə mənzum be Türki Azərbaycani)
- Bunlardan əlavə, M.E. Fərzanə-in illər uzunu hazır- ladığı əsas əsərlərdən bir çoxu hələ bugünə qədər işıq üzü görməmişdir. Onlardan nümunə olaraq aşağıdakılardan ad çəkmə kolar:
- Məqalələr və işarələr məcmuəsi, türk və fars dilində bu günə qədər mətbuatda dərc edilmiş və ya edilməmiş elmi araşdırmalar, bayindırmalar və göstərilər.
- Azərbaycan xalq ədəbiyyati
- Azərbaycan el sözləri: ata sözləri, məsəllər və deyimlər.
- Molla Nəsrəddin lətifələri: müfəssəl ön söz.
- Azərbaycan el mahnıları: müfəssəl ön söz
- Dilimizin fonetik (səsi) sözlügü (azərbaycan, fars)
- Söz inciləri (azərbaycan şeiri anatolojisi qədim dövrülərdən bu günə qədər) üç cilddə və ela axər.
Ustad Fərzanə 75 yaşını aşdığı və 55 il düşüncə və qələm cəbhəsində vuruşduğuna baxmayaraq, indi tükənməz enerji və sarsılmaz potensial ilə hələdə ölkə barışında, el barışında, milli-demokratik təfəkkür barışında sabahkı dünyada bütün xalqlara, bütün insanlara, bəşəriyyətə uğur və səadət qazan- dırmaq barışında vuruşur, onun gözləri yorğun və ürəyi xəstə olsada baxışları, gələcəyi aydın-aşkar görür və ürəyində çağ- layan sönməz alova qızışır. Biz ona daha uzun ömür və yazıb yaratmaqda və düşüncələrini yaşadmaqda uğurlar diləyirik.
Əlbəttə, ustadın bədiyi yaradıcılığı İsveçdə yaşayan illərdə davam etmişdi, bildiyim əsərləri aşağıda qeyd edirəm:
- İran yerli təranələrindən seçmələr (Türkcə-Farsca, ikin- ci çap artırmalar)
- Azərbaycan xalq ədəbiyyatından, bayatılar (1382 günəş ili)
- Azərbaycan el mahnıları (1387 günəş ili)
- Də Də min kitabi(azərbaycan türkcəsində, latın və ərəb qrafikasında.
- Nazim Hikmət və Azərbaycan (1387 günəş ili)
- Və…
Ustadin 80 illik yubleyi
2003-ci ilin aprel ayı gəlib çatmışdı. Bu dəfə qara qış ar- tıq ötüşmüşdü, daha qardan-borandan xəbər yox idi və yaşıl bahar həmişəki kimi qoynun açmışdı. Avropanın bağçası sa- yılan İsveçdə bütün təbiət insanın üzünə gülürdü. Bu gözəl mövsümdə, aprelin 18-də cümə axşamı Göteborg şəhərinin “Biskopsgården” məntəqəsində Folketshusda (millət evində) ana dilimiz, fərhəngimiz və milli varlığımız uğrunda fəaliyyət göstərən Səhənd radiosu tərəfindən, görkəmli alim ustad Məhəmməd Əli Qovsi (Fərzanənin) 80 illik yubleyinə həsr olunmuş təntənəli mərasim keçirildi.
Ümumiyyətlə mərasımdə 80 nəfərdən çox adam iştirak etmişdi. İsveçin ayrı-ayrı yerlərindən və xarici ölkələrdən gələn azərbaycan ziyalıları, özəlliklə o taylı-bu taylı Azərbaycanımızın ağsaqqal və ziyalısı Dr. Cavad Heyətin və başqa dəyərli qonaqların iştiraki mərasimə yeni bir əhval- ruhiyyə bəxş etmişdi. Müntəzəm şəkildə şam yeməyi, musiqi, tədbirdə çıxış edənlər və başqa məqamları burda qeyd etmək imkanım olmasa da ancaq mərasimin yüksək səviyyədə keçirilməsinin hamımız yaxından şahidi olduq. Məhz mərasimin incəlikləri Dr. Zəncançi cənabları tərəfindən filmə çəkilmişdi. Demək olar ki, o film canlı şahid kimi sözlərimin sübutudur.
Ustadın “Varlığın səsində”ki izləri
Dostum Yaqub Şamixi ilə azərbaycan türkcəsində dərgi nəşr etmək həvəsinə düşmüşdük və birgə qərara gəlmişdik ki, bu işi gərçəkləşdirək. Kifayət qədər bu işdə təcrübəmiz olmasada, Tehranda Dr. Cavad Heyyətiin rəhbərliyi ilə nəşr olan “Varlıq” dərgisindən ilham alaraq, 1999-ci illin mart ayı 16 səhifəlik “Varlıq” adında ictimai, mədəni və siyasi anlam daşıyan dərgini gün üzünə çıxara bildik. Bu mədəni lakın ağır işi layıqcəsinə davam etmək çox da asan deyildi. Buna görə, İsveçə yeni gələn ustad Fərzanə ilə telefonda danışarkən yardım təmənasında oldum. O, səmimiyyətlə redaktor vəzifəsini boynuna alaraq dərgimizə “Varlığın səsi” adını təklif etdi, bu eləcədə qəbul olundu.
“Varlığın səsi” heç bir siyasətə, ideolojiyaya bağlı olma- yan, milli-demokratik baxışla Azərbaycan millətinin kimliyini, ana dilini, tanıtdırmağa və inkişaf etməyə çalışan bir dərgi kimi üç aydan bir yazıçılar heyyəti nəzarəti ilə Azərbaycan türkcəsində nəşrini davam etdirirdi. Bunuda deyim ki, son- ra hörmətli qələmdaşlarımız: Professor Cəmil Həsənli, Dr. Nemət Rəhməti, İsmayil Ülkər, Gülnarə Məmmədova və Xu- mar Cəfərlidən yazıçılar heyyəti olaraq yardım təmənnasında olduq. Sağ olsunlar ki, təklifimizi qəbul etməklə bu istiqamətdə səmərəli addımlar atdılar, beləliklə dərgimiz xaricədə nəşr olan Azərbaycan mətbuatının sıralarında özünə yer aldı.
Bu günə qədər “Varlığın səsi” dəyərli ədib və ziyalılarmı- zın maraqlı məqalələri, çıxışları, əsərləri xüsusilə xaricədə yaşayan soydaşlarımızın qəlbinə yol tapmış, Azərbaycanın milli varlığını sevənlərin inam və hörmətini qazanmışdı. Demək olar, M.E. Fərzanənin bu nəcib işdə yüksək rolu oldu- ğunu unutmaq olmaz!
Bu dərgi haqqında Kanadanın Vancouver şəhərində fəaliyyət göstərən “Odlar yurdu” radiosunun müdir məsulu Əliriza Miyanalı cənablarının 2002-ci ildə ustadla müsahibəsində M. E. Fərzanənin cavabi belə olmuşdur: “Vaxtilə mən dilimizə, fərhəngimizə, milli varlığımıza və kimliyimizə olan marağıma görə az-çox bu dəyərlərlə tanış ola bilmişəm və onun o illərdə yasaqlanmasının şahidi ol- muşam. O vaxtlardan başlamış elə bu günə qədər xalqımızın mənəvi dəyərlərinin tanınması və tanıtdırması sahəsində bir çox çalışmalarım olub. Söz yox ki, bu çalışmaları hər şeydən əvvəl xalqımızın haqq tələbliyin əmələ keçirilməsi arzusu ilə yanaşı olmuşdur. Mən İsveçdə qalmaq icbarında olunca xəstə olduğuma baxmayaraq bu haqq tələblikdən müdafiə etməyi özümə yenə əsas vəzifə sanmışam.Bu sırada görülən işlərdən biri, üç ilə yaxın Göteborg şəhərində davam edən “Səhənd radiosu”nun verilişləri olmuşdur. Bu radio hər şeydən əvvəl onun bərnamələri başlayanda elan etdiyi kimi dilimizi, fərhəngimizi və milli varlığımızı tanıtmaq və tanıtdırmaq məqsədilə olmuş və bu işdə demək olarki muvəffəqiyyətlər əldə edilmişdir.
İkinci, milli-fərhəngi iş qabaqcadan il aşırı (ildə bir dəfə yayılan “Varlığın səsi” nəşriyyəsini fəsli (ildə dörd sayı) səviyyəsinə qaldırmaq və orda imkan dairəsində azərbaycan milli-tarixi varlığı barədə yeni yazılara və araşdırmalara daha geniş yer açmaq və nəşriyyəni xalqımızın tələbatını söyləməyə səfərbər etmək olmuşdur.
Dərginin adından da göründüyü kimi böyük amalla- ra xidmət edən bu dərgi İranda bu gün 20 ildən çox il bö- yük çətinliklə və manelərlə nəşr olub və Azərbaycan milli- fərhəngi həyatında şərəfli yer qazanan “Varlıq” dərgisi ilə mənəvi bağlılığı olmuşdur!”(mənbe: “Varlığın səsi, 6-ci sayı, səhifə 4-5”).
Ustadın Azərbaycan milli hərəkatına baxışı
Bir para prinsipsiz hərəkətlər barədə ustad Fərzanə belə deyirdi: “ Bu son illərdə və xüsusilə mən iztirari halda İsveçdə qaldığım üç ildə bir sıra strateji və prinsip pozan hərəkətlər və gedişat özünü göstərməkdədir. Bunların sırasında və bir vaxtlı-vaxtsız səlahiyyətsiz kongreslər və konfederasiyalar xalq adına lakın saylı bir iddənin yığılması və xalq adından danışması və hətta bir sıra mübarizənin şəraiti ilə uyuşma- yan təşəbbüslərə əl atmalarıdır. Bu gün ölkədə gedən dərin intibah və öz kimliyinə qayıtmağı amac təyin edən hərəkatin məfhumunu anlamadan onun axınına qoşulub və imkan əldə etdikcə onda rixnə salmaq və inhirafa çəkmək və guya özlərinə vəsi qəyyumluğa yer açmaqdır.
Bu nümunələr bir dana yox bəlkə hər fürsətdə özünü bir taza (yeni) şəlik və şəmayılda göstərməkdədir. Bir çox ya- ramaz xislətə malik olan bəzi adamlarada toxunmaq olurki, Bunlar işini-gücüni buraxıb və təkcə nəbilim hansi qrupun tövsiyəsi ilə rəhbər və lider yontanırlar. və…” (Varlığın səsi, 2000-ci ilin aprel ayı, 4-cü sayı, səhifə 8-9)
Mənim fikirimə görə ustad Fərzanə Azərbaycan ədəbiyyatinin görkəmli simalarından biri olaraq həm də siyasət aləmində xarakterli, güclü simalardan biri idi, o təşkilatçılıqdan başı çixaran insanlardan biri idi. Amma Pəhləvilər dövründən günümüzə qədər çatışmazlıqlarla uğra- şan, təzyiqlərə məruz qalan ustad Fərzanə hələdə keçmişləri düşünürdi! O həyat təcrübəsinə əsaslanaraq azərbaycan millətinin bu çağdaş əsrdə bir daha məğlubiyyətə uğramaması üçün çalışır və gələcəyə ayıq-sayıq baxırdı.
Demək olar ki, üç il ağır əməkdən sonra 2003-ci ilin mart ayında Azərbaycan Milli Cəbhəsi bir qrup soydaşlarımızın əməyi nəticəsində yarandı. Bu sahədə əvvəl gündən ustad Fərzanənin fikirlərindən və qələmindən çox faydalanırdıq. O, dəfələrlə yaxından iclaslarda səmimiyyətlə iştirak etmişdi və hətta 2002-ci ilin aprelində Malmo iclasında “milli-demok- ratik cəbhə” adı M.E. Fərzanə tərəfindən təklif olaraq təsvib olunmuşdu.
Gözlənilmədən 2002-ci ilin dekabr ayında ustad Fərzanə Almaniyada səfərdə olarkən telefon açaraq, Milli Cəbhənin son iclasında imzalamış olduğu protokoldan onun imza- sinin silməyi söylədi. Sonra ustad belə izah etdi ki, başqa həmvətənlərimizlə, məsləhətləşərək bu qərara gəldik ki, milli mübarizəmizin inkişafı üçün indi bizim daha çox geniş miq- yaslı möhtəşəm bir fərhəngi orqana ehtiyacımız vardır. Mən də söhbətimizdə ustadın fikirlərinə hörmət göstərərək onun imzasının silinməsinə söz verdim. Sonra ustada bir məktub yazıb, onun xeyir duasını tələb edərək, müstəqil fikirli, təcrübəli, xoşnam soydaşlarla siyası təşkilatın yaradılmasının günümüzün təxirə salınmaz zərurəti olduğunu vurquladım. Amma ustad artıq o zaman xəstə olduğuna görə məktubu göndərməyi zəruri bilmədim.
“Zaman sürətlə ötür…”
Ümumiyyətlə ustad Fərzanə Malmoda yazı işlərilə çox məşğul olardı. Görərdin gecə yarısı ya səhər tezdən saat 04.00 radələrındə mətbəx masasının arxasında oturub həvəslə yazmaqdadır. Hər vaxt soruşanda ki, “Ustad, yenə yuxun gəlmir?”, o gülümsənərək deyərdi: “Yox canım, nə yuxu! Yuxumun qaçması bir tərəfdən, başqa tərəfdən də zaman sürətlə ötür, ona görə bacardıqca fürsəti əldən verməməliyik. ”Adam qocaman ədibin bu yaşında yazıb-yaratmaq həvəsinə, həyat eşqinə heyran qalırdı.
O əvvəllər həyat yoldaşı ilə birlikdə şəhərin kitabxanasına gedib gələrdi, Azərbaycan haqqında türkcə və farsca kitabları kitabxanadan əmanət alardı. Son zamanlar müəllifin evdə ki- tabxanası daha da genişləşmişdi. “Varlıq” dərgisinin də bütün nömrələrini alıb bu kitabxanaya yerləşdirmişdik, əlbəttə us- tad Fərzanənin yardımı ilə. Daha kitabxanaya getmək çoxda zəruri olmurdu. Bir gün o özu də mənə təşəkkür edərək dedi ki, evdəki kitablar, dərgilər artıq onun ehtiyacını qarşılayır.
Xüsusən “Varlıq” dərgisindəki geniş materiallarına və ətrafli mövzularına görə çox razılıq etdi.
Ustad Fərzanənin təvazükarlığı, sadə yaşayış tərzi və neçə- neçə belə gözəl özəlliklərinə onun mənəvi və tükənməz sərvəti demək olardı. Yaxşı yadımdadır, 2000-ci illərin əvvəllərində ustad gil Malmoda qonağımız olarkən hamı bir gün axşam oturub ustadın acı xatıraların öz dilindən dinləyirdik. O, acı- nacaqlı olayları eşidərkən insan kədərlənməyə bilməzdi.
Söhbət bitəndən sonra çox təsirlənən qızım Robab Haşimi otağından ulu şairimiz Məhəmməd Hüseyn Şəhriyarin sadə kağız üstə şəkilin gətirib ustaddan xahiş etdi ki, bir neçə kəlmə ürək sözünüzü yadıgar kimi bu şəkilin altında yazsın. Ustad Fərzanə: “Baş üstə Robab xanim” deyərək qələmin çıxarıb bu sözləri yazdı:”Bir uşaqlıqda xoş oldum, oda yer-göy qaçaraq, quş kimi dağlar uçub, yel kimi bağlar geçdi. Sonra birdən qa- tar altında qalıb üstümdən deyə bilmərəm nə qədər sel kimi dağlar geçdi. Ürəyimdən xəbər alsan: necə keçdi ömrün? Göz yaşımla yazacaq: “ mənim günüm ağlar keçdi”. Bu bir-iki sətirlə ustad təlatümlü ömrünü, məşəqqətli həyatini çox gözəl təsvir etmişdi!
Bu deyəsən son göruş idi…
Ustad Fərzanə gözlərindən və ürəyindən əməliyyatı olunan vaxtlarda onu görmək üçün bəzən həyat yoldaşımla birgə və bəzən də ailə üzvüləri ilə Göteborg şəhərinə gedib-gələrdik. Hərdən də ustadı və həyat yoldaşı Əxtər xanımı gəzinti üçün Malmoya gətirərdik. Hər gəlişində onun dərin bilgilərindən və gözəl xatirələrindən hamımız faydalanardıq. Son zaman- larsa artıq əvvəlki kimi tez-tez görüşə bilmirdik…ancaq tele- fon vasitəsi ilə sıx əlaqələrimiz davam edirdi.
Bir gün xəstəliyi ilə əlaqədar ona baş çəkmək istədik və niyyətinmizi ona bildirdik. Yadımdadır, 2006-ci ilin yanvar ayının soyuq və şaxtalı bir günü idi. Səhər tezdən həyat yoldaşım Sona xanım, qızım Ana və onun həyat yoldaşı Araz maşın ilə Göteborg şəhərinin batısında yerləşən “Hisingen” məntəqəsinə doğru yola düşdük. Əvvəlcə ustada baş çəkib sonra da“Umeo”şəhərinə gedəcəydik. Orda qizim Ananın universiteti bitirməsi münasibəti ilə keçirilən mərasımdə iştirak etməli idik.
Təxminən üç saat yolçuluqdan sonra, saat 10.00 radələrində “Dimvädersgatan 58”də qədim bir binanın birinci mərtəbəsində qapının zəngin çaldıq. Bizi həmişə qapının girişində gülər üzlə qarşılayan ustad Fərzanədən xəbər yoxidi… Bu dəfə yalnız Əxtər xanım həmişəki kimi səmimiyyətlə yeni gələn qonaqları qarşıladı. Yavaş-yavaş salona keçib oturduq.
Salonda mənalı və qəribanə bir sükut var idi. Neçə dəqiqədən sonra salonun arxasında yerləşən giriş qapısı, mətbəx və yatağ otağı tərəfindən ayaq səsini eşitdik. Ustad Fərzanədir! O eləcə xəstə halda asta-asta salona girib bizi məhəbbətlə qarşıladı.Amma bu dəfə onun lap ağır durumu yorğun gözlərində, titrək səsində və hərəkətində aydıncasına görünürdü. Onun həmişəki hərarətli danışığında və baxışında canlanan incə gülüş bütün pozulmuşdu! Lakin buna baxmıya- raq sarsılmaz iradəsi və səmimi davranışı ilə ordakılara yaxşı təsir buraxırdı.
Birdən-birə ustad astaca ayağa qalxıb otağından bir şeir kitabı gətirərək Araza verib dedi:
“Bu kitab təzəlikdə Cənub Azərbaycandan gəlib. Bax gör Azərbaycanın gəncləri bu gün milli varlığını qorumaqda necə layıqıncə addımlar atırlar! Araz, sənin səsin gözəldir, al bu kitabı oxu qulaq asaq. “
Araz kitabi alıb ustadın dediğin maraqla yerinə yetirdi. Uzun məsafə qarşımızda olduğu üçün mizbanlardan ayrıl-
maq məcburiyyətindəyik. Son anlar bir şəkil çəkərək yenidən ustad istirahət otağına dönməli oldu. Bir neçə dəqiqədən sonra bir daha arxa salondan onun səsini eşitdik: “Əxtər, qonaqlar getməyiblər ki?” Əxtər xanım bizim hələ getmədiyimizi söylədi. Bir daha salona dönmək imkanı tapmayan ustad məcbur olaraq yenə istirahət odasına dönməli oldu. Bu davranış onun görüşdən razı qalmasını və görüşə davam etməsini sübut edirdi. Əfsuslar olsun ki, xəstəlik onun ürək istəyinə mane olurdu.
Ustad Fərzanəgil ailəlikcə qonaqpərvər idilər, evlərinin qapısı daim qonaqların üzünə açıq olardı. O ev ki, təbiətin gözəl bir güşəsində, geniş bir ormanlıqda yerləşirdi. Ustad pəncərədən baxarkən oranın görünüşün təsvir edərdi. Elə buna görədə geri qayıdıb ürəyimin dəftərini varaqlayarkən İsveçin tanınmış jurnalisti AnnMarienin sözləri zehnimdə canlandı. Ustad Fərzanə ilə tanış olub və yaxından müsahibə aparan bu jurnalist ustadın yaşadığı bu ev haqqında belə de- yir:” Hər kəs o tərəfdən keçəndə pəncərələrin birində çirağ işığı görərdi! O ev daima yazıçılıq işlər ilə məşğul olan ustad Fərzanənin evi idi!”
Ustadın indiki durumu ürəyimi yaman sıxırdı. Təxminən bir saat görüşdən keçmişdi, öz-özümə fikirləşirdim ki, səfərdən dönəndən sonra yenə görüş imkanımız olacaqdır. Elə bu arzu ilə də, ustada tanrıdan can sağlığı diləyib və Əxtər xanımla sağollaşaraq ayrıldıq.
Həmən gecə “Umeo” şəhərinə vardıq, universitetdə mərasımındən sonra “Falun” şəhərinə döndük, elə burada ustad Fərzanənin acı ölüm xəbərini eşitdik. Həmin anda bir ləhzə əlimi alnıma qoyub gözlərimi qapadım, çünki onun son görüşümdə gördüyüm pərişan, küskün və qəribanə durumu gözümün önündə bir daha canlandı.
O günlər ağır qar və həmdə yerin buz bağlaması yolları yaman duruma gətirib çıxarmışdı. Gəcədən radio vasitəsi ilə səfərə çıxanlara xəbərdarlıq verilirdi. Yas törənində mütləq iştirak etməliydik. Səhər çağı dörd nəfər məqsədə doğru yollandıq. Yollarda neçə-neçə kiçik və böyük maşınların yoldan çıxmalarının və yadakı bir-birinə çapmalarının belə can- lı şahıdı olurduq. Elə yolun yarısında dərənin yaxınlığında dəhşətli bir qəzadan möcüzə kimi can qurtardıq və çətinliklə yanvarın 26-si axşam oraya yetişdik. Məhz yanvarın 26-si, axşamı saat 18-21-də “Biskoopsgarden” məntəqəsindəki Fol- ketshusda möhtəşəm yas mərasimi keçirildi. İsveçin ayrı-ayrı şəhərlərindən və Almaniya, Norveçdən və… qatılanlar var ıdı. Bəzi vətəndaşlar ustad Fərzanə haqqında ürək sözlərin mik- rofon arxasında iştirakçılarla paylaşır, baş sağlığı verirdilər. Mərasimdə hər kəsi təsirləndirən məqamlardan biri də ustadın ötən illərdə lentə alınan ”Nənəmin ulduzları” adlı Şeir oxumağı idi.
Azərbaycanın tanınmış şairlərindən Məhəmməd Rəhimin əsəri olan bu şeir Cənub Azərbaycanda ədəbi yığınacaqlarda ən çox oxunan və sevə-sevə dinlənilən şerlərdəndir. şeiri sizə aşağıda təqdim edirem.
Nənəmin ulduzları!
Mən uşaqkən ulduzları seyr etməyi sevərdim
Təfəkkürün dünyasında, yol getməyi sevərdim
O, zamanki ay çıxardı, yerə şölə saçardı
Nənəm baxıb ulduzlardan şirin söhbət açardı
O, deyərdi, Bu ağaran acıların yoludur
Yeddi qardaş ulduzların hamısından uludur
O, deyərdi, ulduzların bir çoxunun adı var
Hər birisi bir insanın taleyidir, parıldar
Günəş kimi şölə saçan, parlaq olan bu ülkər
Padışahındır, əzəmətlə yer üzünə nur çilər
Sonra başqa bir ulduza cəlb eyləyib diqqətini
Söyləyərdi, boldur onun sahıbının dövləti
O, deyərdi, bi ulduzki, sankı indi sönəcək
Yazıq yoxsul bir kimsənin iqbalıdır, parlar tək
Nənəm söhbət eyləyərdi, göyə xeyli baxardı
Bəzən süzüb yer üzünə bir ulduzda axardı
Nənəm, çatıb qaşlarını, söyləyərdi, o zaman
Demək köçüb dünyamızdan, getdi yenə bir insan
Sonra, mənə yat deyərdi, mən yumardım gözümü
Ulduzların dünyasında zənn edərdim özümü
Gəzdirərdi məkan adında məni zərli mələklər
Açılardı qabağımda varlığı ilə fələklər
İllər keçdi kərva kimi çatdım boya-başa mən
Bir gün süzdü nənəmində ulduzu göy üzündən
Tək ruhlu bir insanı tapşırdılar torpağa
Ömür bənzər budağından düşən sarı yarpağa
Nənəm getdi, dedikləri bəzən düşür yadıma
Yanır demək bir ulduzda göydə mənim adıma
Yanır lakın bir gün oda sakıt süzüb axacaq
Bəlkə onda bir nənədə göy üzünə baxacaq
Söyləyəcək nəvəsinə, həzin-həzin o zaman
Demək köçüb dünyamızdan getdi yenə bir insan
Vay . Kəsə göy üzündən çəkiləndə ülkəri
Yer üzündə baqı qalmır onun əsəri.
Ustad Fərzanəin həzin səsi ilə, musiqinin muşaiəti ilə yayılan (şeir) çoxlarını kədərləndirib onları qəm dəryasında qərq etdi. İndi bu axan işıqlı ulduz sankı ustad Fərzanədir! Sadə ancaq mənəviyyatca zəngin bir ömür yaşayan, həyatin hər cür sınağından çıxan, ürəyi insanlıq, haqq-ədalət, dostluq naminə daim çırpınan nəcib insan, Azərbaycanın unudulmaz ədibi ustad Məhəmməd Əli Qovsi (M.E.Fərzanə) 83 yaşında 2006-ci il yanvar ayının 17-sində saat 05.30 radələrində Göteborg şəhərinin “Sahlgranska” xəstəxanasında fanı dünyaya gözlərini yumdu.
Ustad Fərzanənin cənazəsi 2006-ci il fevral ayının 6-sin- da Göteborg xəstəxanasından aparılıb və bu şəhərin hava lı- manında vidalaşma mərasımındən sonra Tehrana göndərildi. Elə sabahısı gün də uçaqla Təbrizə apararaq“Vadi rəhmət” məzarlığında ailəsi, qohum-qardaşı və onu sevən saysız vətəndaşlarımızın iştiraki ilə rəhmətlə torpağa tapşırıldı.
Yenə sağ olsun ustadın dəyərli ailəsi və onu sevənlər! Çün- ki onlar ədibin pak cənazəsini vətən Azərbaycana aparmaqda kəskin oldular və buna da nail oldular. Bu gün ustad həmişə böyük sevdigi və məhəbbət bəslədiyi qoca Təbrizində əbədi yatıbdır. Əbəttə burada İsveç caməsinə də minnətdarıq! Ona görə ki, ustad ömrünün ən son dinc anlarını bu demokratik ölkədə keçirtdi.
Ruhu şad olsun! Ustad Fərzanə hər zaman qəlbimizdə yaşayacaqdır, onun qoyub getdiyi əsərlər onu hər zaman yaşadacaqdır!
Mir Musa Haşimi
Malmö, İsveç
17 yanvar 2011-ci il
mirmosa1947@gmail.com