Böyük arzuya gedən yol (1)
2002-08-01Böyük arzuya gedən yol (3)
2004-04-01Suçlu olduğumuz nədəndir?
Əsrlərdir ki, İran adlı bir ölkəni addım-addım qoruduq, bu ölkənin dağ-daşında, ovuc-ovuc qan verdik. Demək olar ki, 1304-cü günəş ili Riza xan dövründən bəri Azərbaycan müəyyən məqsədlər üçün tikə-tikə bölündü. Kəndlərin, şəhərlərin, çayların, dağların və s.yer adları türküdən, farsca- ya çevrildi. Milli varlığımız göz önündə inkar edildi. Ziyalı- larımız, aydınlarımız və bütün mübarizlərimiz zaman-zaman təhqir olub və unuduldu.
Türk millətimiz 53 il Pəhləvilərin ağır istibdadı altında yaşadı, lakin bu müddətdə nahaqq tökülüb axan qanlar getdikcə sel oldu. 1356-cı günəş ili bəhmən ayının 29-da Təbrizdə baş verən qiyam Pəhləvi rejimini qorxuya saldı. Və ardından 1357-ci il bəhmən ayının 22-də bu qəddar rejim tökdüğü öz qan dənizində boğulub yoxa çıxdı!
İran islam hakimiyyətinin ilk illərində 7 il 10 ay davam edən faciəli İran-İraq savaşından sonra Pəhləvilər çağında unudulmuş kimliyimizi canlandırmaq, habelə öz taleyimizi əldə etmək amacıyla bir çox vətənsevər və maarifpərvər insanlarımız könüllü olaraq, durmadan və gecə-gündüz demədən mədəniyyətimizi, ana dilimizi və şanlı türk tariximizi tanıtdırmaq üçün çalışmalara başlayıblar.
Özəlliklə uşaqlar və gənclər bu sahələrdə öyrənməyə çox maraq göstərib açılan kilaslarda iştirak etsələrdə, yazıqlar olsun ki, hökumət tərəfindən musiqi məktəbləri qapadırılaraq musiqi alətləri sındırıib, yadaki zəbt olundu. Müəllimlər və öyrəncilər basqı və təhqirlərə məruz qaldılar. Bir sözlə açıq və aydın şəkildə tapdalandıq, çirkin töhmətlər damğası hələdə vurulmaqdadır!
Ancaq bu yolda tükənməz iradə və bütün varlığlarıyla çalışanlar, yanan ışığı söndürmədən, çalışmalar evlərdə və başqa yerlərdə olduqca ağır şərtlər altında yenidən canlandı. Azərbaycan türkünün illər boyu yasaqlanmış dili, saxtalandı- rılmış şanlı tarixi və sehrəngiz musiqisi və milli rəqsləri teori və praktik şəkildə öyrənilirdi.
Çalışmaların mətanət və dözümlə irəliləməsi çoxlarının hüsn-rəğbətini qazandı. Öz milli varlığını sevib ona bağ- lı olanların və bu mənəvi sərvətin dəyərini bilənlərin sayı günü-gündən çoxalmaqdadır. Məhz bu işlərə maneəçilik törədənlərin bazarı kasadlaşdı. Çeşitli hünər və musiqi məktəbləri ışıq üzü görüb, ana dilində yazışmalar çiçəkləndi. Zəngin, amma təhrif olunmuş tariximizin düzgün öyrənilməsi və tanıdılması üçün sanballı əsərlər yazıldı. Milli rəqs və musiqimiz musiqi və rəqs qruplarının yaradılmasıyla Güney Azərbaycanda və İranın başqa yerlərində yenə özünə layiq yer açdı. Bir daha mədəniyyət beşiyi sayılan Təbrizdə güclü milli orkestlər yarandı.
Uzaqdan adıylə tanış olduğumuz və musiqi sahəsində misilsiz əmək qoyan böyük bəstəkar Əli Səlimi və görkəmli sənətkarlar olan Mahmud Şatiriyan, Həsən Dəmirçi, Fərşbaf, Çingiz Mehdipur və başqa dəyərli incəsənət xadimlərini xatırlamağın yeri vardır. Çünki Azərbaycan xalqının oyanış mərhələsində milli musiqimizin, sazımız və aşıqlarımızın, eləcə də ədəbiyyatımızın özəlliklədə şeirimizin olduqca bö- yük və önəmli rolu olmuşdur. Yəqin ki, gələcəkdə də belə olacaq.
Bu sahələrdə fəaliyyət göstərən sənətkar insanlarımız könüllü olaraq, öz qayğıkeşlikləri gözəl hünər və sənət əsərləri yaratmağa nail olmuşlar. Təəssüflər olsun ki, hökumətin himayə etməməsi bir tərəfdən və adı bəlli cahillərin mənfi davranışları başqa tərəfdən bir para çətinliklərin törənməsinə də səbəb olmuşdur.
Yenə suçlu olduğumuz bundan ibarətdir: Azərbaycanı və öz millətimizi, həm də onun çıxarlarını düşünmədən buraxıb, öz qənimimiz olan İrandan yapışdıq. Hər kəsə aydındır ki, bu günə qədər İranda və bu adın altında Azərbaycan türkü- nün milli varlığı yox edilib və zaman-zaman öz mənlik və milli kimliyimizdən uzaqlaşmaq məcburiyyətində qaldıq. Eyni zamanda və əksinə olaraq, İran adı altında yabancı bir dili və kültürü mənimsiyərək millətimiz içində inkişaf etdir- dik! Bizdə belə bir atalar sözü var: “İynə hamını bəzər, özü lüt gəzər”! Elə bu atalar sözü biz azərbaycanlılar haqqında geçərlidir. Yenə atalarımız demişkən: “Ziyanın yarısından da qayıtmaq xeyrimizədir”!
1945-ci il Azərbaycanın milli hökuməti dövru, rəhbərlər belə demişdir: “Birinci kərə bizi aldatsalar, Allah, onlara lənət eləsin, amma ikinci kərə aldatsalar, Allah bizə lənət eləsin”! Bax! Bu gün elə gec olmadan bu tarixi sözdən dərs almalıyıq!
Satqın cahillər
Tarix boyu baltanın(nacağın) sapı özümüzdən olduğu halda, bizləri çapanlar təəssüf olsun ki, elə bu gündə mikrob kimi hər tərəfə səpələnmiş və çeşitli hiylələrlə öz anti-türk mahiyyətlərini göstərməkdədirlər. Bu gün bu paniranist qruplar yeni bir təşəbbüslərlə ortaya çıxmışlar. Onların bir bölü- mü kəskinliklə milli məsələyə yanaşmaq niyyətində olmayıb hətta ona qalaraq, açıq şəkildə özgələrə quyruq olduqlarını və Azərbaycan milli məsələsinin çözülməsini istəyənlərə düşmən olduqlarını göstərmişlər!
Bu qruplar bizim üçün təhlükəli ola bilməzlər, çünki, onlar tanınmış ünsürlərdilər. Həmdə ki, yeni nəsil sağlam və güclü, milli düşüncə ilə silahlanmışlar!
Bizə təhlükəli olan o ünsürlərdir ki, çeşitli niyyətlərlə Güney Azərbaycanda milli haqqlarımız uğrunda gedən mədəni, yaxud siyasi qurumlarımıza qatılıb toplumun psixoloqiyasını öyrəndikdən sonra öz məkirli siyasətlərini həyata keçirmək məqsədilə vətəndaşlarımız arasında ayrılıq salmağa çalışır- lar. Bu arada adlı-sanlı və ömür boyu xalqın səadəti uğrunda əmək sərf edən milli aydınlarımızın, xüsusilə ağsaqqallarımızın şəxsiyyətini təxrib etməyə çalışırlar və buna görə çox faktılar vardır. Əlbəttə ki, bir çox ayıq və sağlam görüşlü vətəndaşımız var ki, belə bir hiylələrə yol vermirlər. Amma təəssüf olsun ki, təcrübəsiz və sadə insanların bu təhlükəli oyuna düşməkləri çox qolay olur.
Bu eniş-yoxuşlu yolda bir çox çətinliklərlə qarşı-qarşıya olsaqda, ancaq bütün ətrafımızı və iddialı insanları görüb və onları sınaqdan keçiririk. Bu özü hərəkatımıza böyük bir başarı sayılır. Yolumuz uzanırsada bu adamların əlləri artıq açılıb və onlar bilməlidirlər ki, bir daha millətimizin haqqlı istək və arzularının qarşısını ala bilməyəcəklər. Niyəki, ta- rixin acı səhifələrindən alınan təcrübələr millətimizə ən bö- yük örnəkdir.
Satqınlar özlərini dünya malı, ali rütbələr qarşısında satsa- lar da kimsənin sözü yoxdur, onlara yalnız nifrətlə yanaşaca- ğıq. Lakin alnı açıq azad bir millətin dilini, kültürünü, tarixini və bir sözlə bütün varlığını öz şəxsi çıxarlarına görə satmağa kimsənin haqqı yoxdur. Biz bu yazıq və geri qalmış şəxsləri cahil adlandırırıq! Belə cahillərlə bağlı dahi şayirimiz Mirzə Əli Əkbər Sabirin dərin mənalı və gözəl şerindən bir beyti burada xatırlatmaq yerində olar:
Cahilin canı cəhalət şəminə pərvanədir,
Öz əlilə, öz evin viran edən divanədir.
Alimlərin susması
Aydındır ki, vətənpərvər alimlərimiz ömür boyu ağır şərtlər içərisində təzyiqlər və təhqirlərə baxmıyaraq, millətin varlığı və səadəti uğrunda çalışıb və özlərindən mənəvi izlər buraxmışlar. Elə bu günki Güney Azərbaycan da oyanış mərhələsi təsadüfi hal deyil. Vətənimiz Azərbaycanın milli haqqlarının əldə edilməsi uğrunda canlarını fəda edən qəhrəmanlarımızın hər birisi bir ışıqlı ulduz kimi vətənin səmalarında parla- yıb heç bir zaman unudulmayacaqlar. Lakin təəssüflə bəzi alimlərimiz bu gün artıq mülahizəkarlıq taktikləri ilə hərəkət etməkdədirlər. Onlar, hətta öz görüşlərini belə açıqcası- na bəyan etməkdən imtina edirlər. Bu davranışlar kütlənin, özəlliklə gənc nəsilin çaşdırılmasına və onların içində böh- ran və ümidsizliyin yaranmasına səbəb olur. Və nəticədə Aşırı qrupların yaradılmasına şərait yaradır. Başqa tərəfdən də paniranistlərin istəkləri təmin olmaqla, milli qüvvələrin sağlam hərəkəti çətinliklərlə qarşılaşır.
Bu barədə faktlara işarə edmək istərdim, örnək olaraq şahid olduğum bir həqiqəti olduğu kimi, əziz oxucuların nəzərinə çatdırmaq istərdim: “2002-ci il iyul ayının 23-də İsveç vaxtı saat 24-dü göstərir. Malmo şəhərində iş masasının arxasındayam, elə həmən saat “İzmir” universitetində türk dili və ədəbiyyatı sahəsində təhsil aparan bir Güney Azərbaycan öyrəncisi ilə internet bağlantısındayıq. Öyrənci belə deyir: “Bəzi alimlərimiz bu gün mülahizəkarlıq görüşlərilə addım at- maqdadırlar və öz fikirlərini belə açıqcasına bəyan etməkdən çəkinirlər və …”
Bu vətənsevər öyrəncinin, Azərbaycanın keçmişi, bu günü və gələcəyilə bağlı saf duyğuları, səmimi və elmi danışıqları məni ürəkdən sevindirdi. Məhz onun sözlərin səmimiyyətlə dinlədim. Uşaq çağlarından tanıdığım bu vətənsevər gənc (Ülkər) mədəni bir ailədə boya-başa çatmış və bütün varlığı ilə Azərbaycanın milli varlığına inanaraq tam inamıyla ona rəğbət bəsləyib, bu yolda çalışanlardan sanırdım. Gənc öyrənci yenə sözünü belə davam edir: “Doktorant tezimi yazmaq üzərində bir müddətdir çalışıram! Bu günə qədər çeşitli qaynaqlardan az olursada-olsun, materiyallar toplamı- şam. Hələ kifayət etməz ! Hələdə çalışıram. Keçənlərdə us- tadlarım mənə vəzifə vermişlərki, kitabxanadan yenə lazım olan yazıları arayıb və onlardan faydalanam.
Bir müddət işdə çalışarkən nəhayət Azərbaycana aid olan neçə cild kitabı arayıb, tapdım. Çox əmək sərf edəndən son- ra bu kitablarda faydalı bir yazı tapmağa müvəffəq olmadım. Yazıqlar olsun ki, kitablar İranda sansor süzgəçindən son- ra basılmışdır. Buna görə də başladığım iş daha çətinləşdi. Məhz bütün kitabxanada sərf etdiyim əməklər yararsız oldu. Azəbaycanla bağlı belə boşluqlar və düzgün qaynaqların olmaması məni ürəkdən kədərləndirdi. Dönüb öz-özümə dedim: Necə də yabancı dillərdə istədiyin ünvanları, yazıları tapmaq bu qədər asandır? Amma Azərbaycan dilində yaşadığımız bu modern çağda hələdə bu qədər çətinliklərlə qarşı-qarşıyayıq və bu qədər parlaq tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan türkünün kökünü qazaraq bütün varlığını yox ediblər və bu ziddi-insani işlər bu gündə davam etməkdədir!!!
Alimlərimizə və aydınlarımıza xitab! Gənc öyrənci de- diki, bir millətə bundan artıq zülm ola bilərmi? Nə üçün Azərbaycan həqiqətlərindən bu günə qədər söz açılmayıb? Təəssüflə bu gündə bəzi alimlər susmuşlar və bu susmaq nə deməkdir? Görəsən bu gün dünyada baş verən azadlıq hərəkatı və mədəniyyət şüarları bütün insanlar və millətlər üçün deyilmi…”?
Danışmaq mənə çatsaydı da, ancaq həqiqət qarşısında söz tapıb söyləmək çətinidi! Amma gənc öyrənciyə belə dedim: “Ümumiyyətlə alimlərimizin artıq ehtiyatkarlıqları ilə razıla- şanmasamda , ancaq bu əzizlər üzərində bir sıra gerçəkləri etiraf etməliyik. Onlardan bacardıqca müdafiə etməliyik. Buna görə ki, son əsrdə xüsusi ilə Pəhləvilər zamanındanbaşlayaraq günümüzə qədər, hələdə elinə-obasına sadiq qalan alimlərimizin sanballı yazıları gün üzü görməmişdir.”
Necə olur ki, başqa dillərdə istədiyin ünvanları, yazıla- rı arayıb tapmaq asan, amma öz ana dilimizdə yaşadığımız əsrdə hələdə gərçəkləri ortaya qoya biləcək önəmli bəlgələri tapmaqda çətinliklələ qarşı-qarşıyayıq.
Azərbaycan milli hökuməti dövrundən bəri bütün Azərbaycan varlığı uğrunda qələm çalan milli aydınlarımı- zın qələmlərini sındırmışlar. Bir çoxları canlarını fəda etmiş, yaxud işgəncələrə məruz qalmışlar, yadaki, Azərbaycandan İranın başqa bölgələrinə göndərilib və təhqir olunmuş halda sürgündə yaşamışlar. Elə bu basqılar nəticəsində bu gün Güney Azərbaycan türklərinin milli varlığı yox edilməkdədir. Ana dilimizdə düzgün tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz və başqa önəmli məsələlərlə bağlı material arayıb tapmaq çətin olur. Bəs alimlərimizin ehtiyatkarlığına səbəb olan amil İran hökumətlərinin zidd insani davranışları- nı desək səhv etmirik.
İran hakimiyyətləri istədikləri kimi, uzun müddətdə adla- rını azərbaycanlı qoyub, başqa alimlər vasitəsilə Azərbaycan millətinə uydurma tarix, mədəniyyət, ədəbiyyat və … qu- raşdırmışlar. Hər tərəfli bu yalan və uydurma kitabları fars- ca yazıb və yaratmışlar. Təəssüflə elə bu gündə bu yaramaz siyasətlələ tuşlaşırıq.
Milli hərəkatda ordunun tədbiri
İndi belə fərzi gətirmək, paniranistlər və… bu gün artıq açıqlamalıyıq bəlkə gözləri açılsın və qulaqları eşitsin! Tu- talım ki, gələcəkdə Azərbaycan milləti ümumiyətlə istiqlal istəsin. İran dövləti və onun ordusunun bu milli-demokratik istək qarşısında tədbir və cavabı nə olacaq?
Ola bilsin ki, ilk başda İran hökumətinin pasdar qüvvələrindən bir bölümü küçələrdə, xiyabanlarda azadlıq uğrunda mübarizə aparan xalqı yerdən, göydən güllələsinlər. əlbəttə ki, bəlli deyil bu qeyri-insani işi nə zamana qədər davam edə biləcəklər. Ancaq müntəzəm, demokrat və sı- naqdan keçmiş təcrübəli ordu necə? O ordu ki, %50 faizidən artıq azərbaycanlılardan yaranıb. Belə bir durumda hansı Azərbaycan əsgəri hazır olacaq ki, öz xalqına, öz qohumuna atəş açsın? Yaxud bunları öldürənlərin qarşısında sakit olsun?
Mən özüm (müəllif) 15 ilə yaxın İran inqilabından öncə və habelə bir ilə qədər inqilabdan sonra ordunun həssəs mərkəzlərinin birində vəzifə daşımışam. Bu ordu 1976- cı ildən öncə başara bilərdi ki, hər anda istiqlal istəyən millətlərin ölüsündən təpə düzəltsin. Niyəki, bu güclü ordu, şahlıq sistemini qorumaq üçün demokratik üsuldan uzaq saxlanmış və bu totalitar sistemdə, boş inam və zahri inzi- bat hakim idi. Təəssüflər olsun ki, bu amillərə görə əsgərlər öz milli kimliklərinə yabancı qalmışlar. Və yalnız şahlıq üsul idarəsinin “Allah, Şah, Vətən” şüarları beyinlərinə asılanmış- dır! Əlbəttə ki, bu işdə ordunun yüksək rütbələrdə vəzifə da- şayanların suçu artıqdır. Amma aşağı rütbələrdə olanları və ümumiyyətlə əsgərləri suçlu görmək düzgün deyil.
Belə bir faktların olduğu halda şah rejiminin qullandığı ordu 1357-ci günəş ili Bəhmən inqilabından sonra islam hakimiyyəti tərəfindən bir çox suçsuz olan ordu mənsubları ağır işkəncələrə məruz qalmış və bir çoxuda öldürüldü! Lakin zülməti yara-yara qaranlıqlardan keçən və sınaqlardan alnı açıq çıxan bu orduda sevindirici haldır ki, inqilabdan sonra azərbaycanlı əsgərlər içində milli məsələ ilə əlaqədə azda olsa oyanış və milli şüurun yaranmasıdır. Necə ki, Fransada 1887- ci ildə üz verən böyük inqilabından öncə və sonra 16-cı Luyi zamanı belə bir vəziyyət yaranmışdır.
Ağıldan uzaqdır ki, fərqli millətlərdən yaranan İran ordusu bir daha hakimiyyətlər əlində oyuncaq olub və xalqın üzərinə atəş açsın. Hətta əgər bu arada hakimiyyət və əmir verən məsullar ağıllı olmasalar, Azərbaycana qarşı ordu birlikləri yola salınırsa, bu ehtimal var ki, ötən illərdə Livanın silahlı qüvvələrinin başına gələn hadisə İranda da təkrar olsun! Yada ki, 19-cu əsrdə Amerikanın Quzey ilə Güney arasında olan savaş və iki ordunun bir-birindən ayrılma hadisəsi İranda üz versin! Bu arada keçmiş Yuqoslaviyada Milosoviç və onun əməkdaşları bir örnək olaraq yalnız Slav soyunu düşünüb və Sırbları üstün tutmaqla faşisti davranışlarını xatırlatmaq yerində olar. Hətta 1989-cu ildə çeşitli coğrafiyada yaşayan ayrı-ayrı millətlərin özəlliklə Boşnak və Kosovo millətlərinin muxtariyyət haqqlarını geri alaraq çalışdılar ki, dağılmış Sovet zamanından silah və sursat anbarı ilə tanınan Yuqoslaviya ordusunun süngüsü ilə öz hakimiyyətlərini davam etsinlər. Ancaq Bosna və Kosovo torpaqları məzarlığa çevrilsədə, əhali milli ordu və könüllü partizanlarla birlikdə düşmənə qar- şı amansız döyüşlər aparırdılar. Bu millətlər sırb faşistlərinə qarşı apardıqları mübarizəyə görə bu gün alnı açıq və azad yaşamaqdadır. Amma keçmiş Yuqoslaviyadə faşıst təfəkürü daşıyanlar tarix boyu məğlub olub və yırtıcı ordu başçıları da illərdir ki, başı aşağılıqla gizli yaşamaq məcburiyyətində qalmışlar.
Heç unutmaram, 1990-ci illərdə bir gün Malmo şəhərində iştirak etdiyim siyasi bir məclisdə Xorasan vilayətindən olan yazar (Möhsün. K) 15-ci maddə üzərində müəlif ilə fikir fərqi olaraq, İranda mərkəzi bir rejimin (məşrutə) zərurəti var-deyə sərt müdafiə edirdi.
Amma Azərbaycan milli hərəkatını xususi ilə Azərbaycan aydınlarının, hətta parlament vəkillərinin, İran parlamentinə və prezident Məhəmməd Xatəmiyə göndərdikləri açıq məktubunu dərindən hiss edərək, K. Möhsün neçə il sonra mətbuatda belə yazmışdır: “tutalım ki, ümum Azərbaycan milləti müstəqillik yolundadır. Bu işdə dünya millətlərinin ümumi baxışı kənarda, insan hüquqları və azad seçim və … kənarda, mən müəllif! Öz şənimdə bilmirəm ki, bir İran əsgəri olaraq bir gün Təbrizə yürüş aparam. Yürüşün nəticəsində o
diyarın insanlarının nifrətini qazanam və qəzəbli baxışlar ilə qarşılaşam. Nəhayət onlar, mənə deyərlər ki, niyə bizim yaxamızdan əl çəkmirsiniz?! Niyə bizim gənclərimizi, əzizlərimizi öldürüb dəhşət yaradırsınız və s.?! Məhz, istiqlal tələbi üçün odlu silah qullanmaq ağır faciələrlə sonuclana bilər!
Gəlin azadlıq və istiqlal istəyən millətlər üçün qulaqlarımız eşitsin və gözlərimiz bu günki dünya şəraitində həqiqətləri olduğu kimi aydın görsün! Bu önəmli məsələdən qaçmayaq, bəlkədə buna bir düzgün çıxış yolu axtaraq və…”!
Ardı var…
Mir Musa Haşimi
Malmö, İsveç
Dekabr 2002-ci il
mirmosa1947@gmail.com