Böyük arzuya gedən yol (2)
2002-12-01İntiqam
2004-07-05Giriş:
Müəllifin əlli-beş Yaşı (baharı) xəzan olsada, ancaq uşaq çağlarında Güney Azərbaycanda yaşayan bütün vətəndaşlarım kimi, milli hüquqlarımdan tamamilə məhrum qalmışam. Bu ağır dərd hər zaman ürəyimi sıxmışdır. Nə isə bu dözülməz dərdə məruz qalanların sayı az deyil. Atalar demişkən: “Dərdli, dərdlinin dərdini yaxşı bilər”. Elə bu dərdi dərman etmək üçün neçə ildir ki, ana dilimi (Azərbaycan türkcəsini) İsveç də öyrənməyə çalışmışam. Hələ nəsr yazmaqda yüksək səviyyəyə çatmamışam. Amma şadam ki, bu gün ana dilində fikirləşib və yazıram. Bu təşəbbüs mənliyimi, kimliyimi in- kar edənlər üçün bir ittahamnamədir! Bu təşəbbüsdə olan vətəndaşlarım çoxdur və buda bir daha bunu sübut edir ki, bir millətin dilini əlindən alıb onun varlığını yox etmək imkan- sızdır! Artıq məqalənin üçüncü, yəni son bölümü əziz oxu- cuların əlindədir və bu bölüm çox yığıcam şəkildə yazılıbdır.
Yaşadığımız 21-ci əsrdə insanların azadlıqları və hüquqlarıyla yanaşı sənət və texnologiya da inkişaf edib irəliləməkdədir. Eləcə də öz insani və milli hüquqlarından məhrum qalmış millətlər getdikcə azadlıqlarını əldə etməyə nail olub və olmaqdadır. Demək olar ki, bu azadlıqları əldə etməyin müəyyən üstünlükləri var. Bu qiymətlər bir millətin öz çıxarlarından asılıdır ki, bacara bilsin milli hərəkətlərini öz xalqının kültürü, tarixi, mədəniyyəti və siyasi psixoloqiyası və dünya siyasətilə uyğun şəkildə planlaşdırıb və uyğun çıxış yollar ilə azadlığa çatmaqda uğurlar qazansın. Buna görədə azərbaycanlılar bu gün öz milli haqqlarını əldə etmək üçün bu gün mədəni və sivil yollarla öz mübarizələrini davam etmələri təsadüfi hal deyil!
İran hakimiyyətinin simasi
Dünyanın bir çox dövlətində, özəlliklə də çox millətli olan ölkələrdə demokratiya hər zaman üstün tutulub və in- san hüquqlarına hörmətlə yanaşılsada, təəssüflə Güney Azərbaycan türkləri, habelə İran adlanan ölkənin başqa bölgələrində yaşayan soydaşlarımız hələdə kimliksiz böhranı ilə qarşı-qarşıyadılar. Bu səbəbdən dolayı Azərbaycan milli hərəkatı təbii proseslərlə öz inkişafına davam etməkdədir. Xüsusilə gənc nəslin öz milli varlığına inam və sevgilə ya- naşması ışıqlı gələcəkdən xəbər verir. Bu gənclərin gür səslə Babək qalasının zirvələrində, həm də geniş xalq kütləsinin arasında səsləndirdikləri şüarlardan bir neçəsini örnək kimi burada xatırlatmaq yerində olar: “Azərbaycan mənim elim, Azərbaycan mənim dilim, doğransamda dilim-dilim, mənim dilim ölən deyil, özgə dilə dönən deyil!” Bu gözəl anlam daşayan şüarlar təbiətdə dağları, dərələri və dənizləri aşa- raq minlərlə kilometr uzaqlarda və dünyanın dört bir ya- nında yaşayan azərbaycanlıların qulağına çatır. Bu qeyrətli vətəndaşların xalqımıza layiq mədəni hərəkətlərini uzaqlar- dan alqışlayıb və qürur duyduq.
Lakin təəssüflər olsun ki, Güney Azərbaycanda gedən belə bir sivil və mədəni hərəkat bütün Qərb dövlətlərinin iqtisa- di və siyasi çıxarlarına uyğun olmadığı üçün, həm də onların apardığı ikili standard siyasəti nəticəsində tamamilə baykot edilir. İnsan hüquqları göz önündə inkar edilir və məzlum millətlərin haqq səsləri göz ardı edilir. Təəssüflər olsun ki, Qərb demokratiyası və onların daim vurğuladıqları insan haqqları sadəcə qərb coğrafyasında batıb qalaraq, ancaq burada yaşayan insanlar üçün keçərli sayılır. Bu dövlətlər, üçün- cü dünya millətlərilə bağlı öz ziddi-insani siyasətlərini hər zaman olduğu kimi bu gündə davam etdirməkdədirlər. Bu barədə faktlara işarə etmək olar. Yalnız ana dili haqqında bir kiçik, lakin önəmli hadisəni bu sətirlərdə əziz oxuculara xa- tırlatmaq istərdim. Azərbaycan Cümhuriyyətinin parlament nümayəndəsi və Avropa Şurasındakı üzvü olan Rafael Hüsey- nov keçən il Avropa Şurasına bir etiraz məktubu göndərmişdir. O məktubunda belə yazır:
“Günümüzdə Azərbaycan Cümhuriyyətində səkkiz milyon əhali yaşayır. İranda bitişik şəkildə yaşayan azərbaycanlıların sayısı isə otuz milyona yaxındır. Təəssüflə İranda yaşayan azərbaycanlıların ölkədə ana dillərində təhsil alma imkan- ları yoxdur. İran, Avropa ölkəsi olmasada, Avropa Şurasının üzvü olan bir sıra dövlətlərin İranla sıx siyasi, iqtisadi, elmi və mədəni ilişgiləri vardır. İranda yaşayan 30 milyona yaxın azərbaycanlı, (Avropa ölkəsi olan) Azərbaycan Cümhuriyyəti yurddaşları ilə eyni dil, mənəvi və mədəni dəyərləri paylaşır. Onların ana dilində təhsil imkanları yaranırsa, Azərbaycan Cümhuriyyətində nəşr edilən kitablar və mətbuatı oxumağa və Azərbaycanın, Avropa Şurasına üzv olduğu göz önünə alı- nırsa milli və Avropa dəyərləri ilə tanış olma, Avropa düşüncə və davranış biçimini daha artıq mənimsəmə imkanlarıda təmin edilmiş olar.
Avropa Şurası parlamentı asimilasiyasi assembliya- sı İranda yaşayan etnik azərbaycanlılar üçün ilk, orta və ali məktəblərin açılması doğrultusunda hökumətdə atılacaq addımların bu ölkənin ən böyük milli azlığının təməl haqq- larına göstərilən sayqının bir nişanəsi olacağına inanır. Bu nədənlə Avropa Şurası parlamenti asimilasiyasi assembliyası mədəniyyət, bilim, təhsil komitəsinin bu problemi araşdıra- raq, haqqında ayrıca məruzə hazırlamasını tövsiyə edir. Sənəd 9710-13 fevrar 2003.
Bu sənəd, məclisin nümayəndəsi və Avropa Şurası parla- menti üzvü olan Rafael Hüseynov tərəfindən hazırlanıb və Azərbaycan, İtaliya, Belçika, Macaristan, İspanya, Polşa, Lit- va, Türkiyə, Ukrayna və Gürcüstanın (Liberal-demokrat-re- formist, Avropa xalqı partisi, demokratik Avropanın birləşmiş solu və sosialist qruplarına bağlı) bir sıra nümayəndələrinin imzasını daşımaqdadır”.
Bu son zamanlar İranda əmniyyət qüvvələrinin Azərbaycan milli hərəkatı qarşısında qeyri-demokratik davranışları xalqı- mızın içində islam hakimiyyətinə qarşı nifrəti qat-qat artımış- dır. Bu həqiqətə şahid Azərbaycan aydınlarının alovlu çıxışla- rı, müsahibələri və qələmlərindən süzən yazılar və şeirlərdən, eləcə də gündəlik məsələlərdən örnək gətirmək çətin deyil!
Azərbaycan milli hərəkatının güclənməsi nəinki İran islam rejiminin qorxusuna səbəb olub, hətta onun içərisində, eləcə də xaricdəki olan muxalifəti tərəfindən Azərbaycan və milli hərəkatımızın fəaliyyətilə bağlı bütün xəbərlərin və olayların baykot olmasının şahidi oluruq. Onlar, hətta Azərbaycanla bağlı sadə bir xəbəri yaymaqdan belə çəkilinir.
Baxın! Bu gün Azərbaycanın milli, tarixi, elmi, dini şəxsiyyətlərindən ad aparmaq belə yasaqlanmışdır. Babək qalasına ziyarətə gedənlərə ağır basqılar və təzyiqlə olunur. Milli faallarımız günahsız olaraq yaxalanır və dustaqlara atılaraq ağır işkəncələrə məruz qalıb və alçaldırılırlar. 2003- cü il Təbrizin İmamiyyə məzarlığında 21 Azər mərasiminin keçirilməsinin qarşısı alınarkən, yaxalananların içində yeddi yaşı olan Riza Nəcəfi adlı bir uşaqda varımış!
… Türkləri təhqir etmək böyük bir hünər sayılır, o cümlədən İran televizyası, bəzi fars dilli nəşriyyat və… bu son zaman- larda Tehranın Firdovsi sinemasında millətimiz Mahisefət adlı bir əxlaqsız təlxək və paniranistin qeyri-insani təhqir və ihanətlərinin şahidi oldu. Məsul orqanlar bu önəmli məsələyə hər zaman olduğu kimi yenədə göz yumdular. Ancaq günahkar yerinə neçə günahsız və öz milli hüquqları müdafiə edən soydaşlarımızı yaxalayıb dustaqlara ataraq, hədələmişlər. Biz hətta, siyasətçi, sənətçi və ziyalılarımızın xaricə səfərlərinin yasaqlanmasının şahidi olduq. Örnək olaraq bu yaxınlar- da Azərbaycan milli cəbhəsi tərəfindən İsveçə dəvət olunan Günəş partiyasının sədri Mənuçehr Əzizinin 2003-cü il no- yabr ayının 15-də, saat 06:30 radələrində əmniyyət qüvvələri tərəfindən Tehranda pasportunun qeyri-qanuni şəkildə alın- ması və rəsmi səfərinin yasaqlanması hamıya aydın oldu!
Bütün olayları burada xatırlatmq istəmədim. Lakin nümunə olaraq bir neçəsini qeyd etmək məcburiyyətindəyəm. Ona görə ki, hər kəs İran islam rejiminin dinc insanlara qarşı vəhşi və insan kimi davranmamasını bilib və onun ziddi-insa- ni mahiyyəti bir daha ifşa olunsun.
Azərbaycan milli fəalları qarşısında əngəllər yaradılsa da, milli hərəkatımız, millətimizin potensialına söykənərək, o qədər qabiliyyətə malik olmuşdur ki, hərəkatın başçıları və önçülləri bu müddətdə şantajların qarşısında dayanmanı baca- rıb və hərəkatın sağlam və şəffaflığını əxlaqı şivələrlə olduğu kimi qoruyublar. Onların belə ayıq-sayıq olmaqları sevindiri- ci haldır.
Əmniyyət qüvvələri çalışır ki, milli hərəkatı aşırı istiqamətə yönəldərək onu qeyri-demokratik tanıtsın. Belə bir durumda onlar cəmiyyətin psixoloqiyasını nəzərə alaraq, bəzi gəncilərin aşırı hərəkətlərindən faydalanıb və xalq kütlələrini milli hərəkatdan uzaqlaşdırmağa çalışmışlar.
Ümumiyyətlə bu orqanlar, Azərbaycan milli hərəkatına mədəni və sivil yollarla yanaşanları hakimiyyətə ciddi təhdid sanırlar. Buna görə fəalları sıxışdırıb və hədə-qorxular və basqılar da günü-gündən artmaqdadır. Amma sevindirici hal- dır ki, aydınlarımızın mədəni davranışları ilə insanlarımızı fəaliyyət dairəsinə çəkməkdə misilsiz addımlar atırlar.
İran müxalifətinin siyması
İran islam hakimiyyətinin müxalifəti, habelə iqtidarı, mil- li məsələ ilə bağlı strateqiyası eynidir. Buna görədə soydaş- larımızın iqtidar davasından uzaqlaşıb və Azərbaycan milli hərəkatına yanaşmaları millətimizə uğurlar qazandıra bilər. Təəssüflə İran müxalifəti öz şovinisti düşüncələri və keçmişdə olduğu kimi yenədə azərbaycanlıların maddi və mənəvi gücü- nü qullanmağa çalışmaqdadır və bir çox soydaşlarımızı apar- dıqları öz paniranisti siyasətlərinə alət etmişlər.
Səltənət tələb, xalq mücahidləri və sol təşkilatlarından uzaqlaşıb və Azərbaycan milli azadlıq və qurtuluş hərəkatına qoşulanların sayı günü-gündən artmaqda olsada, hələ də yad təşkilatlarına qulluq edən vətəndaşlarımız az deyildir. Onlar, yenə də soydaşlarımızı bu yad təşkilatlarda fəaliyyət göstərməyə çalışmaqdadırlar. Bu son zamanlar Almaniya- nın Berlin şəhərində keçirilən Cümhuriyyətçilərin qurultayı ilə bağlı belə sorğularla üzləşirik: Görəsən, niyə Əfqanistan, İraq və başqa hadisələrindən sonra, Güney Azərbaycan mil- li hərəkatına maraq göstərməyən bəzi azərbaycanlılar, İslam hakimiyyətinin xaricdəki müxalifləri ilə bir araya gəlib və təcili halda imza toplayaraq özlərini müəyyən nəşriyat və saytlarda tanıtdırmağa cəhd göstərdilər? Görəsən, qurultay- da iştirak edən vətəndaşlarımız köhnə ideoloqiyaları bir daha canlandırmaq niyyətilə, yaxud Azərbaycan xalqının milli hüquqlərını əldə etmək məqsəd ilə adı çəkilən qurultayda iş- tirak etmişlər? Görəsən, bu vətəndaşlar bu qədər verdikləri əməkdən müsbət nəticə almağa nə qədər inanırlar? Və milli hüquqlara gəldikdə, islam cümhuriyyəti ya muxalifətdə olan başqa Cümhuriyyətçi qruplar bir-birindən necə fərqlənir?!
Bu sorğuları belə cavablandırmaq istərdim: Əlbəttə cümhuriyyətçilərin bu təşəbbüsü İranda siyasi şəraiti uy- ğun görərək başqa rəqiblər qarşısında dirçəlib və dünya ictimaiyətində xüsusilə Amerikada özlərini birinci alternativ kimi tanıdmaqdan ibarətdir. Amma bizim üçün belə bir qrumların olub-olmaması önəmli deyil. Bizi maraqlandıran məsələ yalnız vətəndəşların gücündən başqalarının qullanmasıdır. Ümumiyyətlə, bu azərbaycanlıları öz düşüncələri ilə bağlı iki yerə bölmək olar.
Birinci qrup, azərbaycanlıların milli hüquqlarına biganə qalanlar və İranın torpaq bütövlüyünü necə olur-olsun, qoru- mağa çalışırlar. Təəssüflə ötən yüz ildə bu təfəkkürü daşayan- lar, paniranistlərin təşəbbüssləri ilə Azərbaycan xalqına ağır zərbələr vurmuşlar.
İkinci qrup fərqilidir, bunlar təşkilatlarda milli hüquqla- rından müdafiə edib, hətta xalqımızın demokratik şəkildə öz müqəddəratını təyin etməsində maraqlı olmuşlar. Bu vətəndaşlardan hər zaman İrannıın mərkəzi hakimiyyətləri xalqımızın ziddinə faydalanmaqları danılmaz bir faktdır.
Görəsən, Berlin qurultayına çağırılan azərbaycanlıların, İrana qayıdandan sonra onların əmniyyət məsələsini düşünənlər varmı? Xaricdəki mürəkkəb durumdan xəbərsiz, vətəndaşlarımızı qurultaylara çəkməkdən məqsəd nəimiş? Qurultaydan sonra kimlərin yaxalanmasıyla bağlı artıq məlumat yoxdur! Ancaq Təbrizdən gələn azad Jurnalist “İnsafəli Hidayət” kimi soydaşlarımızın qara zindanlarda həbslərə məruz qalmasının suçu kimin və hansı cərəyanın boynuna düşür? Mənə görə, birinci suç onların boynunadır ki, öz siyasi istəklərini üstün tutaraq, bilə-bilə azərbaycanlıları belə bir yığıncaqlara çağırıb və onların sədaqətindən fayda- lanırlar. Beləliklə də Azərbaycan milli hərəkatını zəiflətməyə çalışırlar! İkinci suçuda çağırılan şəxslərdə görmək olar, çün- ki, öz ətraflarına diqqət etmədən və tanımadığı belə bir yığın- caqlara qatılırlar.
İran Cümhuriyyətçilərini bu ölkədə olan milli məsələ ilə bağlı ən təhlükəli bir qurum sanmaq həqiqətdən uzaq deyil. Çünki, bu qurum içində olanları uzaqdan-yaxından tanırıq və onların siyasi düşüncələri İran ərazi bütövlüyünü qorumaqdan ibarətdir. Onların sözdə insan haqqlarını bəhanə edərək, əməldə qeyri fars millətlərin güclərindən faydalan- ması göz önündədir! Keçmiş tarix, gələcəyin işıqlı çirağıdır! Cümhuriyyətçilərin bəyaniyyələrinə diqqətlə nəzər saldıqda, milli məsələyə görə nə qədər qaranlıq nöqtələri görmək olur. Elə buna görədə bəzi azərbaycanlılar, bəyaniyyənin islahi üzərində öz fikirlərini bildirmişlər.
Hər kəsin öz düşüncəsində azad olması demokratik top- lumlarda ilkin bir haqq olaraq tanınır, lakin əslində bu məsələ o zaman keçərlidir ki, bir millətin öz milli dövləti olsun və bu dövlət onun milli varlığını qorumaqla, millət özgür ya- şasın! Əlbəttə ki, belə bir durumda hər kəsin haqqı var ki, demokratik qanunlar əsasında istədikləri sosial, mədəni, si- yasi və… orqanlarını yaradıb və fəaliyyət göstərsin. Güney Azərbaycana gəldikdə isə durum tam əksinədir və buna görə də içimdə həmişə belə sorğularla tuşlaşmışam:
“Əcəba nədən biz azərbaycanlılar, indiyə qədər özgələri bəzəyib və özümüz lüt gəzirik? Niyə tarixin acı səhifələrindən dərs almadan hələdə bizə yabancı olan təşkilatlarla yem ola- raq onların şovinisti siyasətlərinə alət olub və bu qədər əmək veririk? İran hakimiyyətlərinin bu son əsrdə Azərbaycan türklərinə qarşı apardıqları əritmə siyasəti hələdə yetərli de- yilmi?! Və…
İran muxalifətinə inanan vətəndaşlar
Əcəba İranın qatı şovinist və qeyri-demokratik olan muxalifəti iqtidara gəlirsə, ana yasada dəyişikliklər olacaq- mi? Əlbəttə ki, yox! Bu muxalifətin məsələsi ancaq və an- caq iqtidarda olmaq davasıdır, kimsə qeyri-fars millətlərin milli hüquqlarına maraq göstərmək niyyətində deyil. Bu ağaların davranışlarını xüsusi və ümumi toplantılarda, medi- ada və s. görüb dinləyirik! Ümumiyyətlə. muxalifətdə olan paniranistlər qeyri-fars millətlərin milli haqqları ilə əlaqədə tutduqları mövqe iqtidardakılardan daha da qeyri-insanidir. Yuxarıda işarə etdiyim həqiqətlərin isbatına neçə örnək:
Birinci. Müəyyən siyasətlər və insan hüquqları üzərində xanım (Şirin İbadi”-nin bu gün bu həssas durumda birdən- birə yüksəlib və ortaya çıxması dünya ictimaiyyətində, habelə İranın daxil və xaricində təsadüfi deyildi. Xanım Şirin İba- dini çıxış edərkən ötən aylarda İsveç televiziyası qarşısında diqqətlə izləyib və dinlədik. Yəqin ki, başqa vətəndaşlarda bu çıxışları müşahidə etmişlər. Onun danışıqlarını yekunlaşdırıb və xatırlamağını vacib görürəm: Şirin İbadi, çıxış edərkən sağ əlini qaldırıb və jest tutaraq farscasına belə deyir: “Mən İran- lıyam və Kuruşun nəvəsi və…”! Bu şüarı dilinə gətirən Şirin İbadi çalışırdı beləliklə paniranistlərin üstünlüyünü İranın si- yasi coğrafiyasında yaşayan başqa millətlər üzərindən dünya millətlərinə sübut etsin.
Bizdə belə bir deyim var: “Ay filankəs, həzrət Abbasa and içməyinə inanım, ya qoltuğun altında görükən xoruzun quyruğuna inanım?” Paniranistlərin davranışları da eynidir. Şirin İbadi, özü bir türk insanı olaraq insan hüquqlarından danışarkən, nə zərurətə görə xarici bir ölkədə, azad tribun arxasında öz ana dilində danışmaqdan çəkildi? Bu dili bu gün İranda yarıdan çox yaşayan Azərbaycan türkləri danı- şır! Yarım əsrdən artıqdır ki, qızğın şəkildə ana dili uğrunda mübarizədə çoxlu şəhidlər vermişik. Əyər bu gün bu ölkədə dil azadlığı, insan hüquqları sərbəst olsaydı, Şirin İbadinin hansı dildə danışmağı bizim üçün önəmli deyildi. Amma bu dəhşətli durumda, kimsə bu məsələdən vaz keçə bilməz.
Biz bu dünyada bütün musiqiləri o cümlədən kürd musiqisinidə sevirik. Görəsən, Şirin İbadinin proqrammında o musiqini qullanması kürd xalqının milli hüquqlarına hörmətlə yanaşmaq deməkdir? Əlbəttə ki, yox! Kürdlər də bunu yax- şı bilirlər, bəlkədə bu taktiklər arxasında təhlükəli bir planlar vardır. Çalışırlar kürd xalqını belə aldadıcı və çirkin oyunlar- la, azərbaycanlılara qarşı qullansınlar.
Xanım Şirin İbadinin Nobel mükafatına nail olmasında bü- tün rəngarəng İran muxalifətinin və hətta daxildəki müəyyən qüvvələrin çox böyük rolu olmuşdur. Buna görə də Şirin İba- di bu qeyir-demokratik qüvvələrin təsiri dairələrindən uzaqda deyildi. Onun danışıqları və proqramlarının necə getməsində məsləhətlər alması aydındır. Atalar demişkən: “Ayının min- bir oyunu var, hamısı armud başında”! Bu davranışlar göstərir ki, milli hüquqlar, İranda gündəlik məsələyə çevrilib və onun qarşısında müəyyən taktiklər nümayiş edilir və onlardan biri də taktik olaraq Şirin İbadini qullanmaqdır. Elə ilk gündən bu mükafatın saxtakarlığı üzərində ayrı-ayrı yerlərdən etirazlar səsləndi və İsveçdə bəzi qurumlar və şəxsiyyətlərin bu uydur- ma məsələ üzərində əks tədbirlər keçirilməsinin şahidi olduq. Yazıqlar olsun ki, bəzi … soydaşlarımız da belə bir hadisəni xanım Şirin İbadiyə təbrik deyib və öz saytlarında təbliğat aparmışlar.
İkinci. Bu son zamanlar İranın təhsil nazirliyi qərar ver- mişdir ki, ölkədə uşaqların dərslik kitabları məktəblərdə yaşadıqları iqlim, kültürel və sosial tərəfləri nəzərə alaraq yerli məsulların tərəfindən hazırlansın. Bu təbii təşəbbüs qar- şısında, İran milli cəbhəsi öz muxalifətini göstərib və bunun- la bağlı təhsil naziri Mürtəza Hacı və parlamentdəki təhsil məsulu olan Əhməd Purnəcati və ölkə prezidenti Məhəmməd Xatəmiyə bir etiraz məktubu göndərmişlər. O məktubun qısa anlamı belə idi: “Bu iş ölkəni təcziyə etməyə imkan yarat- maqdan və vətəndaşları bir-biri ilə biganə etməkdən başqa nə səbəbi ola bilər? Biz bu əməli çağdaş İran tarixində böyük bir xəyanət adlandırırıq. Habelə yabancıların proqramları üzərində ölkənin parçalanmasına imkan yaratmağa təhlükəli addım sanırıq. Qol çəkənlər: İran milli cəbhəsinin heyətti Ədib Brumənd, mühəndis Abbas Əmirintizam, Dr. Davud Hərmidas Bavənd, mühəndis Nizaməddin Müvəhid, Dr. Pərviz Vərcavənd. 1382-ci il bəhmən ayının iyirmi doqquzu.”
Üçüncü.İslahatçı qüvvələrdən yaranan müşarikət cəbhəsinin də Mərkəzi şurasının üzvü olan Həmid Riza Cəlayiripur da Zəngan Univesitetində belə demişdir: “Bunla- rın, yəni Azərbaycan milli hərəkatı fəallarının fikirləri sağlam deyil”!
Dördüncü. Müşarikət partiyasına mənsub olan Təbriz valisi Sübhanullahı da belə deyir:”Anayasa məyər quran ayəsidir? Kimsə bu gün 15-ci əslindən danışırsa xaindir”! Və Milli-məzhəbi, nehzət azadi və başqa rəngarəng qurumlardan və şəxsilərdən ad aparıb və onlarla əlaqədə bundan artıq işarə etmək yersiz və əbəsdir. Atalar demişkən: ”görükən kəndə nə bələdçi”! Biz hər zaman bu yalançı pəhləvanların yalanları ilə tanış olmuşuq. Bu qurumların və ünsürlərin milli hüquq- lara biganə olmaları danılmaz bir faktdır! Məhz, bunlar boş sözlər ilə demokratiya naminə azərbaycanlıları öz qurumları- na çəkmək niyyətindədirlər və Cümhuriyyətçilərində çoxu bu ziddi-insani məfkurəyə malikdirlər.
Azərbaycan milli hərəkatının qabarıq çətinlikləri
”Odlar yurdu Azərbaycana ötəri bir baxış” adlı yazım (Varlığın səsi) dərgisinin üçüncü sayında, 2001-ci ilin avqust ayında nəşr olundu. Yazıdan məqsəd, Azərbaycan uğrun- da fəaliyyət göstərən siyasi qurumları təhqir etmək deyildi. Bəlkədə gündəlik məsələlərə diqqətlə yanaşmaq, problemləri ortadan qaldırmaq və aydınlıq gətirməkdən ibarət idi. Bu məqalə vətəndaşlar tərəfindən alqışlanaraq, eyni halda da neçə oxucu tərəfindən belə sual olunmuşdur: “Bu atəşin tənqidlərinizdə nə üçün qurum ya şəxslərə işarə etməkdən imtina etmisiniz? Bu gün hər şey olduğu kimi xalqa aydın olmalıdır və… əks təqdirdə yenə gələcəkdə faciələrlə üzləşə bilərik”. Dəyərli oxuculara deməliyəm ki, öncə dediyim kimi, bəzi etiraz və tənqidlərdən məqsəd kimsəni qaralamaq deyili- di və yazılarda hər şey aydıncasına qeyd olunmuşdur. Araşdı- rıb düz yolu seçmək hər kəsin ayıq olduğundan asılıdır. Bizim kimsədən və hansı bir qurumdan ad aparmağımıza ehtiyacı yoxdur.
Yuxarıda adı çəkilən məqalənin ardından bir daha çalışdım ki,”Böyük arzuya gedən yol” məqaləsində yenə Azərbaycan milli hərəkatının sürətlə inkişaf etməsinə, habelə çətinliklər və gərgin durumun müəyən amillərinə aydın şəkildə belə toxunmuş olam: “Hərəkatın tanınmış düşmənlərinin hər za- man olduğu kimi, bu gündə basqı və təzyiqlərini aydıncasına görüb və hiss edirik. Fəalarımız bu məsələyə uyğun tədbirlər ilə yanaşırlar. Tənqidlər nə qədər acı olsada yenə də bəzi gündəlik məsələləri bu sətirlərdə açıqlamağa çalışacağam. Qoy, bəzilərinin xoşuna gəlməsin. Lakin zəifləri xatırlatmaq milli hərəkatımızı gücləndirmək deməkdir.
Xaricdəki davranışlar
Təəssüflə İran rejimlərindən irs buraxılan siyasi və kül- türel çirkin təsiri 40 yaşdan yuxarı insanlar içində daha da çoxdur. Yeni inamsızlıq, mən-mənlik, qısqancılıq və… xəstəliyi çağdaş nəslin həyatında acınacaqlıdır. Bu gün bö- yük qurumların kiçik-kiçik bölünməsi və vətəndaşlar arasın- da dağınıqlıq burada qeyd olunan amillərdən ibarətdir. İranın siyasi təşkilatlarında qeyri-demokratik atmosferdə tərbiyə almış bəziləri bu gün öz çirkin əməllərini Azərbaycan top- lantılarında həyata keçirmişlər. Hələ adını çəkməyi zəruri bilmədiyim vətəndaşlarımızdan birisi, 1999-cu illərində Mal- mo şəhərində “Azərbaycan-İsveç dostluq cəmiyyəti ARAZ”- ın dağılmasına səbəb olmuşdur! Təəssüflə elə bu şəhərdə neçə-neçə kiçik dərnəklərin yaranmasının şahidiyik. Eyni halda vətəndaşlar arasında əlaqələr olduqca soyuqdur. Belə bir ünsürlərin təxribatçılığı yalnız bir yerdə deyil, bəlkə başqa coğrafiyalarda da özləri kimi ünsürlərlə əlaqə yaradıb həmin yerdə azərbaycanlılar arasında dağınıqlığa səbəb olmuşlar. Təəssüflə Güney və Quzey Azərbaycanda da belə yaramaz işlərlə məşğul olurlar.
2003-cü il noyabr ayında Azərbaycan milli cəbhəsi tərəfindən Mənuçehr Əzizi bəy Təbrizdən İsveçə dəvət olun- muşdur. Yuxarıda işarə etdiyim şəxs bu səfərdən xəbərdar olarkən İsveçdən M. Əziziyə telefon açıb deyirki: “Siz İsveçə gələrkən biz, siz ilə hətmən görüşmək istəyirik… “ Baxın! M. Əzizi, burada olan gərgin atmosferdən xəbərsizdir və buraya gəldiyində saf ürəklə bütün vətəndaşlarla yaxından görüşmək istəyir. Əcəba belə bir prinsipsiz davranışı duyarkən onda şübhə yaranmazmı? Belə şübhəli davranış yerinə, elə miz- banlar ilə əlaqə yaratmaq uyğun olmazmıdı? Yazıqlar olsun ki, yaramaz işlər hər tərəfli mənfi təsirini fəaliyyətlərimizə buraxmaqdadır!
Yuxarıda qeyd olunan şəxs bir gün kültürel fəaliyyəti edir, bir gün muxtariyyət tələb edir, bir gün bozqurd və başqa bir gün İran üçün xaricdə milli parlament yaranmasını təklif edir. Təəssüflə bizim bəzi uzaqdaki ziyalılarımız belə şəxsilərin boş sözlərinə inanaraq və Malmo şəhərində ana dili seminarında iş- tirak edirlər! Bu seminara Upsalla universitetinin şərqşinaslıq bölümündən də fars dilinin kürsüsünün rəisi xanım Cəhanidə qatılmışdır. İclas Azərbaycan dili və mədəniyyəti üzərində olsaydı da, ancaq xanım Cəhani öncə tribun arxasına keçib, yersiz olaraq Bəluçistan və bəluçların dilindən söz açmış və sonra əlində olan xəritəni göstəri aparatında göstərmişdi. Bu xəritədə Azərbaycanın batı sərhədlərində böyük bir bölgə başdan-başa qəhvəyi cizgilə ayrılmışdır. Azərbaycanlılardan bu yaramaz işə etiraz olaraq cavab istənir ki, bu hüdud nə deməkdir?! Xanım Cəhani belə cavab verir:”Bu xəritə yan- lış buraya gətirilmişdir. Nə isə seminar iştirakçılarının da say baxımdan az olduğuna görə və Dr. Cavad Heyəti və başqala- rını… çox kədərləndirir.
Siyasi qurumların durumu yuxarıda qeyd olan atmosferdən biraz fərqilidir. Bunların haqqında belə deməliyəm: – fikirə və prinsipə göz yumub yalnız duyğular əsasında ölçüb- biçmədən siyasi təşkilat yaranır! Liderlər ortaya çıxır! Bu vətəndaşlar belə qeyri-demokratik davranışları ilə özlərini sorğu altına aparırlar. Təəssüflər olsun ki, belə hərəkətlərdə Quzey Azərbaycandakı bəzi şəxslərin və bəzi mətbuatın da rolu olmuşdur. Özü-özünə lider adı qoyan adamın, bir gün istiqlaliyyətdən, bir gün muxtariyyətdən, bir gün türk dün- yasından və ayrı bir gün İrançılıqdan danışması və bir gün Güney Azərbaycana bayraq çıxarmasının canlı şahidi oluruq! Xalqın etirazına məruz qaldığında deyir ki, bu yalnız təşkilat bayrağıdır! Bütün danışıqlarda, yazılarda, saytlarda və … həqiqətlər yerinə bir para yalan və absurd şuarlar səslənir!
Başqa bir qrupda, dünya azərbaycanlıları adı altında ol- duqca qeyri-demokratik şəkildə bütün milləti təmsil etməyə çalışır. Kəskinliklə demək olar ki, belə bir qurumlar hətta xaricdə yaşayan azərbaycanlıları təmsil etmə hüququna belə malik deyillər. Bu təşkilatın qurultayında Azərbaycan res- publikasının parlamentindən, dövlət orqanlarından və bəzi müxalifət qüvvələrindən də iştirak edənlərin xətalarına göz yummaq mümkün deyil. Bəziləri xaricdə xəstəlik və təxrib içində qərq olaraq ağıla sığmayan xulyalarda yaşamaqdadırlər. Bu vətəndaşların bəziləri bir-bir ilə davranışları təbii münasibət deyil, bəlkə də düşmənçilik və təxribatçılıqdır. …
Bəzi vətəndaşlarımız hələdə əski ideoloqiya batlaqların- da batıb qalmışlar və Azərbaycan milli hərəkatına şübhə ilə baxırlar. Bunlar sözdə milli fəalar içində olsalarda, ancaq belə davranışlarını milli hərəkata uğursuz sanırıq. Bu gün Azərbaycan mill hərəkatının xaricdəki ağır durumu təsadüfi deyil!
Dünya Siyasəti
Ümumiyyətlə Azərbaycan milli hərəkatında, çağdaş siyasətlərə xüsusilə dünyadakı yeni nizam qurulmasına və bu istiqamətdə xarici dövlətlərin müdaxilələrinə gözyummaq ol- maz. Baxın birləşmiş millətlərin 27-ci maddəsində xalqların mədəni, siyasi hüquqları üzərində belə deyir: “O ölkələrdə ki, İrq, din və dil ayrılıqları vardır, mövcüd azınlıqlara mənsub olan şəxsləri öz hüquqlarından məhrum etmək olmaz. Bun- ların toplumları içində kültürdən, dindən və dildən faydalan- mağı gərəkdir”. Bu əsl hər hansı bir ölkədə azınlıqlara hakim olan dil, kültür və din üstünlüyünə ayiddir. İrandakı durum bu prinsiplərdən istisna deyil. Həmdə birləşmiş millətlərin birinci maddəsi xalqların mədəni, siyasi, iqtisadi, sosial və kültürel hüquqları üzərində də belə deyir: “1- Bütün xalqlar öz talelərini əldə etməyə malikdirlər. Bu hüquqa dayanaraq onlar öz siyasətləri ilə iqtisadi, sosial və kültürel inkişaflarına sərbəst davam etsinlər. 2- Bütün xalqlar öz hədəflərinə çat- maq üçün beynəlxalq əməkdaşlıq perinsiplərini nəzərə alaraq öz təbii qaynaqlarına malik olmalıdırlar və heç ünvanla bir xalqı həyat vəsayitindən uzaqlaşdırmaq mümkün deyil. 3- Bu anlaşmalar daxilində olan ölkələr, xalqlar talelərini əldə edərkən onlarla əməkdaşlıq etmələri və beyəlxalq qanunları- na hörmətlə yanaşmaq məcburiyyətindədirlər”. Bu maddə də xalqıların taleyi öz əlləri ilə əldə etmək haqqı vurğulanmışdır!
Elə bu qanunlara əsasında birləşmiş millətlər, Kəşmir xalqının taleyini əldə etməsini rəsmiyyətə tanıdı. Habelə, keç- miş yuqoslaviyada toqquşmalar zamanı birləşmiş millətlər bu cuğrafiyada yaşayan xalqlara yardım göstərməklə və hər xalq özü-öz taleyini əldə etmə qanunu ilə bu xalqların istiq- lalı uğrunda addımlar götürdü. Həmçinin Çek və Slovakiya ölkələrinin mədəni şəkildə ayrılmaları göz önündədir. Və… İrana gəldikdə özəl bir qanunlar yoxdur, elə bu coğrafiyada da dünyada keçirilən beynəlxalq qanunları tez ya gec quvvədə olacaqdır!
Nəhayət, böyük arzuya nayil olmaqda, iki önəmli amil diqqət mərkəzindən uzaqlaşmamalıdır. Birinci, xalq kütlələrinə aydınlıq vermək və demokratik metodlarla xalqı səhnəyə çəkib və vəzifələri bölmək və bu təşəbbüs bütün millətimizin gücünə söykənmək deməkdir və beləliklə xalq aldığı azadlığın qorucusu olabilər. İkinci, düzgün strategiya ilə beynəlxalq siyasətlərini milli hərəkata cəlb etmək! İstər- istəməz muəyyən səbəblərə görə, xarici böyük dövlətlərin Azərbaycan coğrafiyasında artıq maraqları vardır.
Son söz
Yuxarıdakı sətirlərdə qeyd etdiyim kimi, İranın təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycan milli hərəkatının içinə sızmaq yada ki, xaricindən çeşidli formalar- da əngəllər törətmək və milli fəalarımızın müxtəlif ittiham- larla uzun həbsilərə və ağır işkəncələrə məruz qalmaları və yaxud şübhəli şəkildə öldürülmələri hamımıza aydındır! İran islam hakimiyyətinin və onun muxalifətinin milli hüquqları- mıza zidd olması 25 il içində isbat olmuşdur. Bundan son- ra da möcüzə gözləmək əbəsdir. İstər-istəməz bu qüvvələrin daxilində olan azərbaycanlı vətəndaşlarımız da uyğun bir zaman və şəraitdə Azərbaycan milli azadlıq hərəkatına qoşulacaqlar.
Nə yazıq ki, azadlıq hərəkatları bu günədək diktator ölkələrdə qeyri-təbii inkişaf edərək, bu rejimlər inqilablarla çevrilmişdir və 1357-ci günəş ili Pəhləvi rejimi bu deyilənlərə bariz bir nümunədir. Elə bu gündə İrandakı durum ondan fərqli deyil və demokratiya düşmənləri gələcəkdə xalqın üs- yanı ilə qarşılanaraq, inanmadıqları bir həqiqətlə üzləşmək məcburiyyətində olacaqlar! Amma azərbaycanlılar bu dəfə inqilab yolu ilə yox, nəhayət mədəni və sivil yollarla milli azadlıqlarına çatmağa inanırlar! Bu strategiya Azərbaycan fəallarında mətanət və dözüm tələb edir.
Güney Azərbaycanda siyasi boşluq bütün vətən sevənləri bu tarixi məsuliyyət üçün səfərbərliyə çağırır. Tarixin həssas bir dövründə milli hərəkatın zəiflərinə son qoyub və bu şum duruma çıxış yolları arayıb tapmalıyıq. Habelə sürətlə hədəfə varmaq, bu hərəkatı canlandırmaq hər bir azərbaycanlının milli borcudur. Bu həssas məsələyə soyuq qanlılıqla baxanları xalqımız bağışlamayacaq!
Mövcüd durumda siyasi, ictimai və kültürel şəxsiyyətlər ilə sıx əlaqələrin yaranması və fikirdaşlıq nəticəsində mü- nasib strategiya ön plana çəkilməsi zəruridir. Bu sahədə çe- şidli taktiklərin və şüarların seçilməsi və xalqımızın psixolo- giyasını nəzərə alaraq sıx etilaflar üzərində güclü alternativ dirçəlməsi ilə beynəlxalq dəstəyi əldə etmək olar. Yaranan etilafda strategiya mütləq aydın və şəffaf olmasının zərurəti var. Milli hərəkatı heç bir ictimai, siyasi və yaxud məxsus bir təbəqəyə bağlamağa imkan verilməməlidir. Ancaq ümu- mi düşüncəyə dayanaraq heç bir şey qaranlıqda qalmamalı və xalq üçün şəffaf proqram lazımdır. Beləliklə xalqın inamı və ruhu daha da yüksələcəkdir.
Bir cəbhədə və siyasi etilafda hədəfə çatmaq uğrunda ayrı- ayrı taktiklərdə fikir ayrılığı olursada bir-birimizə hörmətlə yanaşmalıyıq. Amma siyasi strategiyada mütləq bir hədəfə vurmalıyıq! Son
Mir Musa Haşimi
Malmö, İsveç
Aprel 2004-cu il
mirmosa1947@gmail.com