
Azərbaycan həqiqətləri
2020-06-23
Milli gücümüzü hədərə vermiyək!
2021-08-04Əziz Azərbaycanli vətəndaşlar!
Bildiyiniz kimi, neçə gündür Xuzistan(Əhvaz) əyalətində keçirilən etiraz aksiyaları, İran İslam rejimi tərəfindən həmişəki kimi, bütün dünya ictimaiyətinin gözü önündə odlu silahlar ilə bastırılır.
Biz ərəb xalqının haqqlı etirazını dəstəkləyib və İran islam rejimini zid insanı əməllərinə görə şiddətlə qınayırıq!
Sürgündə yaşayan bir Azərbaycan milli fəali olaraq, istərdim yuxarıda qeyd olan hadisələr üzərində fikirlərimi dəyərli oxucular ilə paylaşmış olam: Aldığımız məlumata görə bu etirazlar, ətraf mühitin, su ehtiyatlarının ötürülməsi və ərəb etnik quruluşunu dəyişdirməyə yönəlmiş 100 illik əritmə siyasətinə qarşı, öz güclərinə dayanaraq təbii halda ərəb xalqı tərəfindən ortaya çıxmışdır…
Təəssüflə bu olaylara görə, xaricdə yaşayan bəzi Azərbaycan qurumları, məcazi şəkildə cənubi azərbaycanlıları murdad ayının ikisində etiraz aksıyaları keçirməyə çağı- rış veriblər! Bir Azərbaycan milli Fəalı olaraq istərdim bu vətəndaşların məsuliyyətsiz davranışlarına etiraz bildirərək, bir daha xatırlayam ki, Azərbaycan milli hərəkatının ağırlıq mərkəzi güney Azərbaycandadır! Milli fəalların ayıqlığı və əməkləri nəticəsində bu hərəkatın sarsılmaz gücü hamıya, hamımıza və… sübüt olmuşdur. Ona görə də mühacirətdə ya- şayan hər bir şəxsin ya qurumun bütün millətimizə əmr edib, xaos yaradması Azərbaycan milli hərəkatının intizamını pozmaq deməkdir…
Güney Azərbaycanda tanınmış şəxsiyyətlərimiz tərəfindən, müəyyən hədəf üzərində, orqanizə olunmuş şəkildə, bütün kütlələrin iştiraki ilə başlamayan hər bir hərəkatın məğlubiyyətə uğraşmasıda danılmaz bir faktdır… Bu həqiqət bu günə qədər sübüt olmuşdur. Görəsən, yetkin olmayan hərəkatın ağır itki və zayiələrini… hansı təşkilat və kimlər boynuna alacaq?!
Məhz, ağır və dözülməz bir durumda, əl-ayaq çalan Azərbaycan türkünün çinar boylu övladlarını zid insani İran islam rejiminin calladlarına mütləq tapşırmamalıyıq!!!
Mir Musa Haşimi
Malmö, İsveç
22 İyul 2021-ci il
mirmosa1947@gmail.com