2 aprel 1947-ci tarixində cənubi Azərbaycanin Mərənd şəhərinə bağlı olan Yekənkəhriz qəsəbəsində bir kiçik mülkdar-əkinçi ailəsində dünyaya göz açdım.
TƏRCÜMEYİ-HALI
10 yaşlarında ailəsilə birlikdə Urmu şəhərinə köçmüş, ibtidai və orta təhsilini Urmuda dəvam etdirib. 1965-ci illərində ordu məktəbinə daxil olub. 15 ilə yaxın Azərbaycanın Urmu şəhərində yerləşən 64-cü piyada Diviziyanın baş qərargahında bir əsgər kimi vəzifə daşayıb.
Mir Musa Haşimi İslam inqilabindan sonra 1980-ci ilin yazında Azadxahlıq ittihamı ilə Tehranda həbs olub və hərbi məhkəmədə ölüm cəzası istənib. Bu arada əməkdaşlarından bir neçəsi öldürülüb. Ancaq Mir Musa Haşimi, İran-İraq savaşının gərgin ərəfəsində yəni 1980-cü ilin Payızında həbsdən sərbəst buraxılıb.
Azadxahlıq uğrunda mübarizə aparmasına baxmayaraq, Mir Musa Haşimi acınacaqlı və ağır dürümda 1980-ci illərdə ölkəni tərk etməyə məcbur qalıb və Türkiyəyə sığınmışdır. O, 1988-ci ildən etibarən İsveçdə yaşamaqdadır. Mir Musa Haşimi sivil işlərlə yanaşı Azərbaycan mədəni- kültürəl işlərində çalışanlar sırasındadır. Mir Musa Haşimi 1999 ilindən bəri “Varlığın Səsi” dərgisinin məsul müdiri olmaqla yanaşı, həm də 2003-ci il mart ayının 21-də yaranan Azərbaycan Milli Cəbhəsinin qurucularındandır.
2007-ci il “Bir Əsgərin Xatirələri”, 2017-ci il “Ürək Sözlərim” (Şeir Toplusu) və 2022-ci il “Böyük Arzuya Gedən Yol” adlı kitabları işıq üzü görüb. “Azərbaycan Tarixindən Bir Yarpaq” əsəri hazırlanmaqdadır...
Evli, üç qız və bir oğul atasıdır.