Varlığını dananlara xitab!
2004-10-29Xatirələr dəftərindən bir yarpaq (Pr. Dr. Əli Minayi, 1924-2002)
2007-08-01Bir Millətin haqq səsini boğmaq olarmı?!
Səni gördüm yas içində,
Vücuduma od ələndi.
Buxuvlarda qalan kinim,
Yüz yerindən şaxələndi.
Öldü neçə iyidlərim,
Torpağına qan çiləndi.
Bəsdir ümid, bəsdir şübhə,
Cəlladlara bəsdir güman.
Qalx ayağa Azərbaycan!
Al Qayid
Bildiyiniz kimi, İran hökumətinin rəsmi orqanı sayılan “İran ruznaməsi” özəl sayında, 1385-ci il ordibehişt ayının 22-sində cümə günü türklərə qarşı “Əritmə” siyasətinin bir daha mundar üzün açmaqla, azərbaycanlıları qəzəbləndirdi.
O ərəfədə azərbaycanlı öyrəncilərin etirazi ilə birgə ümum xalq etiraz nümayişləri: Xoy, Xalxal və başqa şəhərlərində ke- çirildi. Lakin öyrəncilərin, özəlliklə Təbriz universitetlərində “Əritmə” siyasətinə qarşı möhtəşəm mitingləri, nəhayət xurdad ayının birinci günü Təbrizdə ümumxalq hərəkatına çevrildi. (1356-ci ilin 29 bəhmən hərəkatını görənlər, belə etiraf edirlər: “1385-ci il xurdad ayının birində Təbrizin hər tərəfindən sel kimi axıb küçələrə gələn soydaşların, milli- mədəni hərəkatları, 1356-ci ilində ki, 29 bəhmən hərəkatını kölgədə qoymuşdu).
Qocaman Təbrizin səsinə: Urmu, Sulduz, Zəngan, Ərdəbil, Əhər, Xiyav, Qoşaçay, Makı, Miyana, Xalxal, Mu- ğan, Kəleybər, Germi, Tarum, Zunuz, Mərənd, Yamçı, Xoy, Qəzvin, Həmədan, Zərən, Bahar, Ənzəli, Tehran, Kərəc, Qum və s.şəhərlərində “Yaşasın Azərbaycan. Haray-haray mən türkəm. Azərbaycan milləti, çəkməz belə zilləti. Ya azadlıq ya ölüm. mənim dilim ölən deyil, özgə dilə çönən deyil və …”
-deyə, bu şüarlara verilən səslər bütün odlar yurdunu bürüdü!
Qeyd etmək lazımdır ki, Güney Azərbaycanda baş verən ümumxalq hərəkatı, mütləq xaricdə yaşayan hansı bir şəxsin, qrupun, təşkilatın yadaki, yabancı bir dövlətin göstərişi ilə bir gecədə yaranmadı! Daha doğrusu, etiraz dalğaları illər boyu kültürel, sosial, iqtisadi, siyasi, məhz milli hüquqları tapda- lanan azərbaycanlıların sarsılmaz iradələri nəticəsində orta- ya çıxmışdır. Ancaq bu tarixi hərəkatda bütün vətəndaşların özəlliklə Azərbaycan fəallarının yüksək rolları olmuşdur. Buna görə də milli hərəkat adlandı.
Bu günədək etiraz aksiyaları ilə bağlı, bəzi soydaşların sanballı araşdırmalarından və çıxışlarından faydalansaqda, yenə müsbət və zəif nöqtələri xatırlamaq zəruri xarakter da- şıyır. (özəlliklə zəif nöqtələr)! Buna görə bir para gözə çar- pan məqamlar üzərində fikirlərimi və tənqidi baxışlarımı əziz oxucular ilə paylaşmaq istərdim. Bəlkə də tənqidlər bəzilərinə xoşa gəlir olmasın. Amma əminəm ki, hər bir vətəndaşın sağ- lam tənqidi, hərəkatımızı şəffaflandırıb və düzgün istiqamətdə güclənməsinə səbəb olacaqdır.
Müsbət nöqtələr
- Bu son yüz ildə birinci dəfə olaraq, hərəkatı kəskin şəkildə Azərbaycan türkü adı ilə tanıyıb və tanıtdırdılar.
- Hərəkatın ilk başlayışı Azərbaycan öyrənciləri və mil- li fəalları tərəfindən orqanizə olub və sürətlə yayılıb və kütlələrin himayəsini qazanmaq.
- Günün şəraitinə uyğun taktiklərin seçilməsi.
- İranın bütün siyasi orqan və təşkilatlarından uzaqlaşmaq və…
Zəif nöqtələr
- İran islam hakimiyyətinin bəzi məsullari, Güney Azərbaycanda siyasi təşkilatin boşluğundan faydalanaraq bəzi şəhərlərdə ağır faciələr törədildi. Soydaşllarımızdan 20 nəfərdən artıq həlak oldu, yüzlər nəfər yaralandı və yüzlər nəfər yaxalanıb və zindanlara buraxıldı.
- Bir para xəbərlər olduğu kimi, vaxtında və müəyən ka- nallardan yayılmadı. Əksində, şübhəli xəbərlər naməlum ünsürlər tərəfindən yayılırdı. Olayları qabardıb və xalqı həqiqətdən uzaqlaşdırmaq və təxribatçılıq işləri ilə hərəkata aşırı istiqamət vermək aydıncasına hiss olunurdu. Bu yara- maz işdə, əmniyyt quvvələrinin fəaliyyətini gözdən qaçırmaq olmaz idi. Bu metodlar ilə hərəkatı parçalamağa və nəhayət susdurmağa çalışırdılar.
- Təəssüf ki, xaricdə bəzi barmaq sayı olan şöhrəttələb və duyğusal şəxslər və qurumlar, Azərbaycan milli hərəkatını mənimsəməklə, xalq içərisində canlanan milli hərəkata strategiya və taktik planları cızmaq göstərməyə başladılar. Türkiyədə və Azərbaycan Respublikasında bir para səviyyəsiz işlərə əl atanlar oldu. Bəziləri, İranda federal hökuməti qur- maq amacı ilə, Güney Azərbaycan adına əcnəbi ölkərərin parlamentlərində çıxışlarda bulundular. Belə yaramaz davra- nışlar, Güney Azərbaycanda təmənasız çalışan fəalların ağır durumun qat-qat çətinləşdirdi. Hökumət, gərgin durumdan faydalanaraq azərbaycanlıların milli-mədəni hərəkatlarını xa- rici dövlətlərə bağladı. Qondarma ittahamlar üzərində xalqı- mıza divan tutdu! Soydaşların acı taleyi hamımızı həmişəki kimi indi də kədərləndirir. Qəddarcasına asıb-kəsmələr hələ də davam etməkdədir.
Təəssüf ki, içəridə bəzi fəallar, xaricdən hərəkatı mənimsəyənlərə kəskin reyaksıya göstərmədilər. Bu zəif hərəkatda yaramazlıqlara səbəb oldu. Hətta hərəkata yeni qatılan bəzi vətəndaşlarımız belə düşünürdülər ki, o günlərdə Azərbaycanda inqilab vicudə gələcək və mədəni hərəkatın prinsiplərini və intizamını pozanlar olurdu. Bu barədə Azərbaycan öyrəncilərinin xaricə, kəskin cavabları sevindi- rici hal idi. Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan milli hərəkatının təməli Güneydədir!
Hərəkatın beş önəmli nöqtələri
-Birinci: Vətəndaşların milli-mədəni etirazları bütün dün- ya ictimaiyətini, insan hüquqlarından müdafiə etməyə çağır- dı. Dünya bir daha bildi ki, milyonlar Güney Azərbaycan tür- künün milli varlığı, İran islam hakimiyyəti tərəfindən çağdaş əsrdə, göz önündə inkar edilir.
-İkinci: Azərbaycanlıları asimilə olmuş bir qom tanıtdıran paniranistlərin yuxusun gözlərindən qaçırtdı. Hətta bu qeyri- demokratik ünsürlər, utanmazcasına Azərbaycan olaylarını öz adlarına bağlamağa cəhd göstərdilər. Özlərinə mənsub olan medialarda yalan məlumat yaymaqlarının hər tərəfli şahidi olduq. Nə isə, soydaşlarımızın Azərbaycan adı ilə müstəqil hərəkatı “Əritmə” məfkurəsi daşıyanların absurd iddialarını bir daha sübut etdi.
-Üçüncü: Fars Şovinistlərinin qulluğunda olan və Azərbaycan milli hərəkatına təhqir gözü ilə baxan (manqut- lar) çaş-baş düşdülər. Yəqin ki, bu hərəkat onları günü-gündən Azərbaycan həqiqətlərinə inanmağa maraqlı edəcəkdir.
-Dördüncü: Azərbaycan milli fəallarının illər boyu sərf etdikləri əməkdən aldıqları sanballı nəticə, ha belə millətimiz, öz gücünə inanıb və güvənməsi danılmaz bir faktdır.
-Beşinci: Azərbaycan milli fəallarının hərəkatdan aldıqları yaxşı təcrübələr. (Sadiq yoldaşları arayıb tapmaq. Ağa-ağ. Qaraya-qara demək. Rabitə yerinə, zabitə hakim olmaq. Hazırlıq olmadan heç bir hərəkətə Əl vurmamaq. Təşkilatlanmaq!
İran hakimiyyəti və müxalifətinin reaksiyasi
Odlar yurduna məşhur olan Azərbaycan, sakit olsada, zülm qarşısında dəhşətli firtana qalxıdar! Ötən olaylar firta- nanın kiçik bir nümunəsidir! Elə buna görə də hökumət başçıları sarsıldı. Bu ağalar, bir-birinin ardınca azərbaycanlıların milli-mədəni hərəkatını Amerika, İsrail və sairə bağlayaraq, dinc insanları “ərazil-obaş” adlandırırdılar.
Qeyd etdim ki, Pəhləvi hakimiyyəti də 1356-ci il Təbrizdə üz verən 29- Bəhmən hərəkatını “ARAZ”in o tayına bağ- lamışlar. Bu absurd ittiham 1357-ci ilin 22 Bəhmən ayında hakimiyyətin məhv olması ilə sonuclandı. Əlbəttə bu günki iftira və töhmətlər də cavabsız qalmayacaq! Yəqin ki, xalqı- mızın sonsuz nifrət və qəzəbi ilə qarşılanacaq. Bunu gələcəyə buraxırıq…!
Demək olar azərbaycanlıların etiraz nümayişlərinin xəbəri, İran islam hökumətinin və onun daxildə və xaricdəki müxalifətinin radio-televizyalarında, mətbuatında rəsmi şəkildə boykot edildi. Hətta Azərbaycan milli hərəkatına qarşı bütün səltənət tələb, xalq mücahidləri, respublikaçılar, sağ- dan- sola rəngbərəng qruplar, zid-insani siyasət yürütdülər. Bu arada yalnız İrandakı qeyri fars millətlər, Azərbaycan milli hərəkatına səmimi yanaşdılar.
İran islam hökumətinin məsullari öz əmniyyət dairələrindən, valilərin bağlı qapılı “Əmniyyət şuralarından” aldıqları məlumatlarda, Azərbaycanın çalxanmasını yaxşı du- yub və düşündülər.
Bu ağalara aydın olur ki, azərbaycanlılar içində öz milli varlığına güvənənlərin sayı günü-gündən artmaqdadır və mil- li hərəkat dərinləşməkdədir. Bu millət tez ya gec müəyyən proseslərdən keçərək, dünyanın başqa azad xalqları kimi özləri-öz taleyini əldə etməyi layiqləsinə bacaracaqlar. Elə buna görə də sıxma-boğmaların artması təsadüfi hal deyil.
Bizə belə gəlir ki, İran hakimiyyətləri hansı adı ilə iqti- darda olur-olsun “paniranistlər” çeşidli metodlar ilə (əritmə) siyasətinə davam edəcəklər. (53 il Pəhləvilər, 29 il islam hakimiyyətinin) qeyr insani davranışları, bu sözlərin bariz nümunəsidir. Atalar demişkən:”Bu imamzadədən, möcüzə gözləmək olmaz” Tarixin ötən acı olaylarını bir daha sına- maqa can atan bəzi sadəloh soydaşlarımıza yazıqlar olsun!
Xarici dövlətlərin reaksiyasi
Təəssüflə, xarici ölkələrdə hər şeydən öncə maddi yarar- ların nəzərdə alaraq, ikinci növbədə insan hüquqlarına yana- şırlar. Azərbaycan olaylarında belə davranışları yaxından gö- rüb və duyduq. Çox vaxtlar şahid olmuşuq ki, bu dövlətlər, özlərinə maraqlı olan hətta kiçik bir olayı dünyanın hər yerində olur-olsun, dəfələrlə radio, televizyalarında və mətbuatlarında yaymışlar. Bu vasitələr, olaylar üzərində cəmiyyətdə müsbət təsir buraxmışdır. Amma demokratik adı daşıyan özəlliklə Batı ölkələri, Azərbaycan olaylarını yaymaqda, bir həftədən çox susdular.
Ancaq ki, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətləri boykotu sıındırıb və xəbərin sürətlə yayılmasına səbəb oldu. CNN və BBC də xəbərləri yaymaq məcburiyyətində qaldı- lar. Təəssüflə xəbərlər İranın rəsmi kanalları (İsna və İlna) ın sansurlarından sonra, istədikləri kimi daxildə və xaricdə yayılırdı.
Yenə soydaşlarımızı sağolsunlar, onların fəaliyyəti nəticəsində sansorlar kölgəyə buraxıldı. Təxminən 10 gündən sonra Azərbaycan milli hərəkatının xəbərləri xarici ölkələrin, o cümlədən Azərbaycan, Türkiyə, İsveç, Danimarka, Nor- veç, İngiltərə, Almaniya, Kanada və Amerikanın ən mötəbər mətbuatında sürətlə yayılmağa başladı.
Son söz:
Demək olar, 1385-ci günəş ilin yaz mövsümi, Azərbaycan millətinin mübarizəsində dönüş bir nöqtədir. Çün ki, xalqımız öz milli kimliyinə söykənərək, milli azadlığını məhv edən paniranistlər qarşısında polad iradə ilə baş qaldırdı və özü- nü bütün dünya xalqılarına tanıtdırmağa bir daha imkan tap- dı. Bu dirçəliş həmasələri azərbaycanlıların yaddaşında qızıl hərflərlə həkk olundu.
Azərbaycan milli hərəkatının adsız-sansız və fədakar rəhbərlərinin mədəni tədbirləri, bir daha bunu göstərdi ki, millətimizin mübarizə tarixində bir səhifəni qurtarıb, ikinci bir səhifənin uğurla başlanması tarixidir. Buna görə hərəkatı olduğu kimi sağlam şəkildə qoruyub, gücləndirmək və müstəqil istiqamətdə yönətmək, bütün Azərbaycanın sadiq övladlarının boynuna düşür.
Ümumiyyətlə, mühacirətdəki, diaspora bir milyondan ya- rımdan (1/5) artıq, xaricdə yaşayan soydaşlarımızın maddi və mənəvi gücündən faydalanmaqa nail ola bilmədi. Minlər nəfərlik möhtəşəm etiraz nümayişləri bərpa etməkdən aciz qaldı. Təəssüflə, bərpa olunan nümayişlərdə iştirakçıların sayı içərinin gür səsinə münasib səs olmamağı bütün soydaş- larımızı özəlliklə fəallari məyus etdi. Bir sözlə, bu həqiqəti nəzərə alaraq, nöqsanlara etiraf edib və onlara çıxış yolları arayıb tapmalıyıq.
Problemlərin yaranmasına səbəb olan amillərdən bir neçəsi yuxarı sətirlərdə qeydə alınıbdır. (Xaricdəki bəzi prinsipsiz davranışlar), mənə belə gəlir ki, nöqsanların qal- dırılması Güneydə güclü siyasi bir təşkilatın yaranması ilə mümkün olabilər. Aydındır ki, demokratik prinsiplərinə biganə olan İran islam hökuməti yenə siyasi bir təşkilatın yaranmasına əngəllər törədəcək. Məhz, müəyən təşəbbüslər ilə belə bir təşkilatın tezliklə yaranması önəmli xarakter daşı- yır. Bu istiqamətdə Azərbaycan milli hərəkatının dalğalarının sərhədlərimizdən xaricdəki qurumları da öz təsiri altına alma- sına inanmaq olar.
Görəsən bir millətin haqq səsini boğmaq olarmı?! Əlbəttə ki, yox! Bu səs bir qısa müddət susdurulsa da, ancaq şəhidlərin qanı yerdə qalmayacaq. Azərbaycanlılara aparılan basqılar duman tutmuş ürəklərdən silinməyəcək! İslam donu- na bürünmüş qəddar şovinizmin çirkin davranışlarının ümumi faciəsindən azərbaycanlılar narahat olmaya bilməzlər!
Gələcəkdə hər hansı təcavüzkarlığa qarşı əməli tədbirlərlə aydın planların həyata keçməsi diqqət mərkəzinə alınmalı- dır. Buna görədə köhnə sosial-siyasi həyat tərzindən keçmiş və dünyanın isti-soyuğun dadmış, daha təcrübəli və zəngin dünya görüşlü soydaşlarımızın səfərbər olmaqları ciddi xa- rakter daşıyır. Bu soydaşlarımız, yanlışlıq və nöqsanlara mütləq göz yummamalıdırlar. Beləliklə Azərbaycan milli hərəkatını təhdid edən amillərin məhv olması və yeni nəsilə örnək olması-diyə, hərəkatın daha sürətlə dirçəlməsi ha- mını-hamımızı sevindirəcəkdir. Azərbaycan milli hərəkatı üzərində bir para fikirlərimi açıq-aşkar, bu ünvanlar ilə bu son illərdə qələmə almışam: (www.varliginsesi.com) sayı 3-4-6-9, Yolda olan əngəllər -tarix təkrar olmaqda- dır- inkar edilməz həqiqətlər-suçlu olduğumuz nədəndir? satqın cahillər-alimlərin susması-milli hərəkatda ordunun tədbiri!-İran hakimiyyətinin siması-İran müxalifətinin siması-İran müxalifətinə inanan vətəndaşlar!-Azərbaycan milli hərəkatının qabarıq problemləri-xaricdəki davranışlar)
Mir Musa Haşimi
Malmö, İsveç
30 Sentiyabr 2006-ci il
mirmosa1947@gmail.com