Tüfəng olmadan Təbrizə xoş gəldiniz
2001-01-01Böyük arzuya gedən yol (2)
2002-12-01Qalxıb köç eylədi Avşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb atlar yaxın eylər Ayağı,
Uca dağdan aşan yollar bizimdir.
Dadaloğlu
Yol uzundur! Daşlı-çınqıllı, təhlükəlidir, amma şərəfli, qutsal (muqəddəs) bir yoldur. Ona görə ki, azadlıq yoludur! və pusquda durmuş quduzların sayı az deyil. Bu uzun yolda yemək yox, su yox. Geyim yox, silah və mərmi yox. Uşaqdan, böyüyə, gəncdən, qocaya, qadınlı,kişili kərvana qoşulanları daşımağa vəsilə yox. Xəstələrə, yaralılara həkim və dərman yox. Sadiq ürəklə təmənnasız yardımcı yox…! Bir tərəfdən də tanınmış düşmənlərin atəşin mərmiləri bu gərgin durum- da karvanı təhdid etməkdədir. Bir sözlə əlləri boş yolçular min-bir çətinliklərlə qarşı-qarşıyadır! Bu uzun təhlükəli yo- lun sonunda böyük arzular bağçası var. Bağçanın rəng bərəng çiçəklərinin qoxusu, yolçuları məqsədə çatmaqda daha həvəsli və səbirsiz edir. Arzu və istəklərinə bu səfali yerdə çatmaq üçün yolçular, günü-gündən aydınlaşır, güclənir və hər bir kiçik lakin təhlükəli işarantını his edir. Elə bu günədək baharın axıb daşan və yurdu-yuvanı viyran qoyan şaqılldayan sellərin, Payızın fırtana qoparan yellərin, qışın dəhşətli boranın, soyuğun habelə bütün yolçuları təhlükəyə salıb yox edən ünsürləri nəzərdən keçirdir, məhz geniş hazırlıq ilə böyük arzu yolun başlamaq niyyətindədir. Karvan başçılarının belə gözəl təşəbbüs və tədbirləri bütün yolçuların diqqətini çəkib və ürəklərini sevindirir, həm də özlərinə layiq ışıqlı bir gələcəyə artıq inandırır. Əgər sözlərimi yuxarıdakı ünvanla başlasam- da, ancaq bu qutsal yolun yolçularını təşkil edən Azərbaycan övladlarıdır. Bu övladlar, uşaq çağlarından qara buludlar al- tında ilk məktəblərdə, nə farsca danışan müəllimin dilini qa- nıb, nədə ki, kitabın yazılarından baş çıxarıblar. Altı-yeddi ya- şına qədər ailədə su, çörək öyrənən uşaq burada tamamilə yad bir dildə ab, nan və başqa yabancı sözlərlə üzləşmişdir. Uşaq yaşa dolduqca öz ana dilinin inkar edilməsini bütün varlığı ilə hiss edib və acı xatirələrini ilk təhsil çağlarından başlayaraq, ömrünün sonunadək öz zehnindən silə bilmir. Mənəvi silah və sarsılmaz iradə ilə qaranlıq zülmətin ürəyini yara-yara yo- rulmadan ayıqlıq və sayıqlıq ilə yol gedir. Eşq olsun bu yola və yolçulara.
Yolda olan əngəllər
Birincisi, Pəhləvilər sulaləsi hakimiyyəti dönəmində yaranan paniranizm təfəkkürü daşıyan paniranistlərdir. Bunlar, Azərbaycan türkünün tanınmış qəddar düşməni olaraq, bu günə qədər törətdikləri dəhşətli cinayətlər və ədalətsizliklər tarixi varaqlayıb aradıqca gözə çarpır. Daha keçmişə dönüb onları bir-bir qeyd etməyə nə hövsələ var, nədəki, əziz oxucuların vaxtını tutmaq niyyətindəyəm. Ancaq çeşitli qaynaqlardan bu cinayətləri axtarıb tapmaq çoxda çətin deyil. Örnək olaraq yalnız 1325-ci günəş ilinin Azər ayında Güney Azərbaycan Milli hökumətinin acı taleyilə və onun qan içində boğulmasıy- la bağlı qıssa bir işarə etməyi burada zəruri görürəm: “Tehran hökumətinə bağlı muzdlu ünsürlər, Azərbaycan fədailərinin evlərini talan edərək, 25 mindən artıq vətənsevər və azadlıq carçısı olan günahsız insanı vəhşicəsinə və tam qəddarlıqla öldürüb, 2500 demokrat, Məhəmməd Riza şahın səlahiyyətsiz məhkəmələri tərəfindən edam olunub, 8 min nəfər ağır həblərlə cəzalandırıldı. 3600 azərbaycanlı kəndililərdən, Sultanabad, Ərak, Bəndər Abbas və Burazcan bölgələrinə sürgün edildilər. Habelə Azərbaycan milli hökumətinin əsgərləri və fədailərindən ibarət olan insanlarımız böyük dəstələr halində Arazı keçərək, Quzey Azərbaycana sığınmaq zorunda qalmışlar. 1325-ci ildə Bakı qaynaqlarının verdiyi məlumata görə, sürgün düşənlərin sayı 70 min nəfər elan olunmuşdur.”1
Mərkəzi dövlətin amansız və qəddar ordusu və onlara bağlı satqınların Azərbaycana qarşı qeyri-insani hərəkətləri nəticəsində bütün kültür, incəsənət və… mərkəzləri dağıdılıb və musiqi alətləri sındırıldı. Mərkəzi teatr və milli parlemen- tin kitabxanası, eləcə də məsum məktəb uşaqlarının kitabları yandırıldı. Sərdar milli Səttar xan və salar milli Bağır xanın heykəlləri yerinə Riza xanın şəkilləri qoyuldu.
Təəssüflər olsun ki, adı çəkilən qüvvələr və onların törəmələri uzun illərdən bəri islam hakimiyyətinə arxalanaraq, dövlət orqanlarında böyük bir nüfuza malikdirlər. Özəlliklə onlar son illərdə dahada artıq fəallaşmışlar. Bu fəallaşmaların sonucu ondan ibarətdir ki: bu günədək anayasanın 15-19-48-ci maddələri həyata keçməmişdir və anayasa uğrunda onminlərlə azərbaycanlı canlarını Pəhləvi hakimiyyətilə mübarizədə, həm də İran-İraq savaşlarında fəda etmişlər. Bü- tün Azərbaycan kəndilərində, şəhərlərində və İranın başqa bölgələrində saysız-hesabsız məzarlarda yatan şəhidlərimiz sözlərimin canlı şahididir.
İkincisi, bəzi xarici ölkələrdir. Təəssüflə bu ölkələr içərisində gedən çirkin siyasətlərdə çalışırlar ki, Azərbaycanı öz şahmat oyunlarında möhrə tək oynatsınlar. Atalar demişkən: “özünə umac ovanmır, özgəyə əriştə kəsir”. On- lar çalışırlar ki, Güney Azərbaycanda gedən milli-demokratik hərəkatı öz amillərinin vasitəsi ilə öz düzgün yolundan çaş- dırmağa çalışırlar. Bu inhirafi hərəkətlərlə millətimizin qanu- ni və doğal istəklərinin qarşısını almaq niyyətindədirlər. Bu sahədə pullar xərc olunur və əmək sərf edirlər. Lakin yazıq- lar olsun ki, bəziləri hələdə tarixdən heç bir dərs almayıb və Güney Azərbaycanda türk millətinin psixoloqisi, milli əhval- ruhiyyəsini tanımamışlar. Və hələdə azərbaycanlıların anası və çırpınan ürəyi olan Təbriz şəhərinin indiyədək yabancı qonşuların qarşısında savaşıb və dirəniş həmasələrindən ibrət dərsi almamışlar!
Azərbaycan alimlərinin və milli aydınlarının məhz mübarizələrinin uzun müddət sürəsində qoyduqları əməklər bu gün millətimizin milli oyanış və dirçəliş prosesində öz gücünü aydıncasına göstərmişdir. Bu yeni prosesdə o qədər xa- rici qüvvələrin fəaliyyətləri artır və sağlam hərəkatı özlərinə bağlamaqda daha aktivləşirlər. Bu qüvvələrə bağlı qulluqçu olan ünsürlər getdikcə artıq üzə çıxırlar!
Tarix təkrar olunmaqdadır:
İllərdirki, Tehran hökumətinin öz anayasasında yazılan 15,19 və 48–ci maddələri icra edilmir. Bu sahədə dəfələrlə Azərbaycanın həqiqi və hüquqi şəxsiyyətləri tərəfindən məruzələr yazılıb və etirazlar olunub, xüsusilə anadili haqqın- da sözdə İran parlamentində dartışmalar olub. Azərbaycanın parlamentdə olan təmsilçiləri bu sahədə artıq çalışmışlar. Amma 1358-ci ildə qeydiyatdan keçən qanun bir daha səsə qoyulmuşdur. Anti demokratlığını göstərən parlment səs azlı- ğına istinad edərək, ana dilində təhsil aparmağa qırmızı cizgi çəkilir. Beləliklə də Pəhləvilər hakimiyətinin qanunları davam edərək olduğu kimi qalır!
Təbiidir ki, qanunsuz bir ölkədə ədalət, əmniyyət ola bilməz. Belə bir durumda insanların haqqı danılar və onlar insani yaşayışdan məhrum olarlar. Belə bir durumda millətdə qanunlar üzərində inamın əldən verib və hakimiyyətlərə hüsn rəğbət göstərməz.
Qanun hər iki tərəfdən hörmətlə sayılmağı üçün, Fransa inqilabinin böyük mütəfəkkiri Jan Jak Rosu özünün məşhur əsərlərinin birində belə deyir: “Peyman iki tərəfli olmalıdır, o bir tərəfdən pozulursa, ikinci tərəf onu saxlamağa məcbur deyildir.”2 Bu günədək tarixin təkrar olunması hamımıza aydındır. Ancaq tarix boyu Tehran sentiralizmində azadlıq atmosferindən heç bir xəbər olmayıb və olmayacaqdır. Bu həqiqətə inanmayanlara yazıqlar olsun! Niyə ki, tarixin təkrar olunmasının illərdir ki, canlı şahidiyik. Məşrutiyyət və Xiya- banı hərəkatından sonra yenə Pəhləvilər dönəmində 1324-cü ildə, eləcə də 14-cü parlementdə bu iş başqa şəkildə yenidən təkrar olunmuşdur. Mir Cəfər Pişəvəri yazırdı: “Məni 16 min oy(səs) ilə seçib məclisə göndərən Azərbaycan xalqının ehti- yaclarını sayıb söylədim. Sözlərimi böyük bir diqqət və dərin bir sükut ilə eşidib təsdiq etdilər. Təsdiqlər xəyanətlərini gizlətmək üçün qara bir pərdədən başqa bir şey deyildi. Fürsət əllərinə düşən kimidə”Bu azərbaycanlı rahat oturan adama bənzəməyir, bunu buradan uzaqlaşdırmaq lazımdır” deyib etibarnaməm ilə tülkülərə yaraşan alçaqlıqla muxalifət etdilər. Bununla belə məyus olmayıb azadlıq cəbhəsi ətrafına toplanan azadıxahların köməyi ilə mübarizəyə başladıq. Əfsus ki, hərarətli məqalələr, şiddətli cümlələrimiz təsirsiz və cavabsiz qaldı. Tehran təkan yedi, amma irticayə doğru və xalqıların hüqüqünü ayaqlar altında əzməyə doğru. elə ağır bir hal aldı ki, artıq Tehranda oturub məqalə yazmaqdan ya nıtq etməkdən bir nəticə ola bilmiyəcəyini yəqin etdim. Na- çar bir il bundan əvvəl Təbrizdə uzun-uzadı bəhs etdiyimiz məsələ ətrafında düşünməyə başladım. Bu çox sadə bir tədbir idi. Mənim Təbriz məsləkdaşlarımdan çoxu Tehrandan bir iş çıxmayacağını irəli sürüb dedilər: “Azərbaycandan başla- malı, buranı əvvəl islah etməli, Azəbaycan xalqının öz gücü ilə burada milli hökumət vicudə gətirməliyik. Tehran, irtica- nın başı, istibdadın mərkəzidir. O, ətrafda baş qaldıran bütün hərəkətlərə müxalifdir.
Birinci növbədə oradan göz yumub bir başa burada iş görməliyik. Bu fikirin həqiqəti o vaxt nəzərimdə daha ay- dın bir surətdə özünü göstərdi ki, dövlətin məsul məmurları ilə Azərbaycan xalqının təzəllüm və dadxahlıq telegrafları haqqında müzakirə etdim.Məsəla, Bəyat dedi: “Mən radi- yo vasitəsilə müraciyət etmişəm, artıq xalq ərizə və telegraf vasitəsilə özünə zəhmət verməməlidir.” Başqaları daha acı, daha şiddətli cavab verdilər. Sədr dedi: “Bir telegraf olma- sın, min telegraf olsun, mən bu kimi boş sözlərə cavab belə vermiyəcəyəm.”
Bu sözlərin ayrı cavabı olabilməz idi. Gərək Xalqa müraciət etmək. Xalqın yumruğun gücü ilə azadlığı təmin etmək! Bu şüarla mən Təbriz azadixahlarının təklifi üzrə Teh- randan, Azərbaycana hərəkət etdim.”3
İnkaredilməz həqiqətlər:
İranda ölkə əhalisinin 40 faizə qədərini təşkil edən azərbaycanlılar ağır şəraitə dözə-dözə fars millətinin dili və kültürü sahəsində böyük addımlar götümüşlənir və bu iş islam hökumətinin önəmli daxili siyasətlərindən biri sayılır. Əksində başqa qeyri-fars dillərin məhv olunma prosesləri sürətlə davam edir. Özəlliklə radio-televiziyanın bu sahədə olduqca böyük və önəmli bir rolu vardır. Azərbaycanın mədəni ailələrinin içərisində milli və kültürel mübarizə güclənsədə, ancaq dövlətin güclü təbliğatı nəticəsində başqa sadə Azərbaycan ailələrinin uşaqları evlərdə, məktəblərdə və başqa yerlərdə türk dilindən uzaqlaşmaqdadırlar. Bu həqiqəti bir çoxlarından eşidib və çeşitli qaynaqlarda da oxumuş- dum. Amma yenə umid edirdim ki, islam hakimiyyətində bir millətin dili üçün bu qədər həsasiyyət göstərilməsin və insanlar arasında ayrı-seçkilik olmasın. Amma illərdir ki, bu umidi kölgəyə buraxmışam və bu barədə bir kiçik, lakın canlı olayı (hadisəni) əritmə siyasətinin çirkin üzünü bir daha açmaq üçün belə xatırlatmalıyam:
Bu keçənlərdə altı yaşında olan “Səhənd”adlı nəvəm İsveçdən, İrana getmişdir. Səhənd Azərbaycanın “Urmu” Şəhərində qonaq olarkən, eşidib və oxuduğum gərçəkləri hiss etmişdir. Ümumiyyətlə bizim kənddə, şəhərdə və xüsusilə ailələrimizdə öncədən ana dilinə artıq sayğı bəslənər. Buna görədə bütün ailələrdə uşaqlarla türkcə danışıb və öz ana dillərinə fəxr edərlər. Amma bu gün təəssüf olsun ki, yaxın ailələrimizin yeniyetmələrində bəzi uşaqlar türkcə bilmədən, Səhənd ilə farsca danışmaq məcburiyyətində qalırlar. Uşaq- lar bir-biri ilə evdə oynayarkən, uşaqların birisi Səhəndin Azərbaycan türkcəsində olan uşaq nağılı kitabını götürüb baxırmış. Səhənd kitabı ondan alıb və demiş ki;: -kitabi götürmək üçün məndən izin almalısan! Balaca qız, Səhəndin danışığını başa düşmür. O tərəfdən (Aynaz)-in atası demiş ki;- Qızım, izin al! Aynaz, türkcə bilmədən farsca deyir- İcazə həst kitab ra begirəm? Səhənd Aynazı başa düşmür. Səhəndin böyük anaları deyirlər ki: Səhənd! Kitabı ver əmiqızın Ayna- za! Səhənd belə cavab verir: “Yox! Aynaz, Azərbaycanca izin istəsin, mən kitabı verim”! Sonra Səhənd orda olan əmiqızı və bibiqızı “Səba”-ya deyir: “Mən, sizi düşünə bilmirəm! O dil Azərbaycan dili deyil”! Bəs niyə siz mənim kimi Azərbaycanca danışmırsınız?” o günahsız və məsum uşaqların heçbiri cavab verə bilmir. Uşaqların bu danışıqlarına şahid olan ailə üzvülərindən uşaqlara yaxınlaşıb Səhənd ilə türkcə danışıb və qane edirlər ki, o iki uşağa farsca öyrədiblər, onla- rın günahı yoxdur. Və onlar türkcə bilmirlər sənlə danışsınlar!
Bax! Burası maraqlıdır, bir ailənin uşaqları bir-birilə öz anadilində əlaqə yaratmaqdan məhrum olmuşlar. İsveçin mütərəqqi və demokrat qanunları himayəsində olan Səhənd və Səhənd kimilər öz ana dilini öyrəniblər. Amma anavətəndə yaşayan balalarımız və gələcək nəsilin müəllimləri birin- ci doğma insan hüquqlarından məhrum qalaraq bu gün göz önündə mədəniyyət iddia edənlərin İranda gedən assimilyasi- ya siyasətinin qurbanları olmuşlar. Aydındır ki, minlərlə bala- ca uşaqlar boya-başa çatmadan və öz hüquqlarını tanımadan böyük insanlar tərəfindən ən dəhşətli zülmə məruz qalmışlar!
İnanıram ki, belə acı durum dünyanın heç bir yerində yoxdur. Qara qüvvələrin düşüncələri istər-istəməz bu gün İrandakı hakimiyyətin düşüncəsi sayılır. Bəli! Bu hakimiyyət millət qarşısında suçludur. Niyə ki, 24 il İslam inqilabının qələbə çalmasından geçsədə, hələki Azərbaycan türklərinin məsum uşaqları öz ana dilində təhsil aparmaqdan məhrum qalmışlar.
Hələ ki, Azərbaycan türkcəsi göz önündə inkar edilir. Güney Azərbaycanda radio-televizya proqramları dövləti dilində (farsca) yayılır və… Bu yaramaz işlərə və qanunsuzluğa zülmüdən başqa nə demək olar? Türk anası qoynunda fars dilində dil açan uşaqların qarşısında suçlu kimidir? Yaşa- dığımız internet əsrində ulu varlığımızı dözülməz səviyyədə ölümə məhkum etmək qarşısında susmaq günah deyilmi? Necə ki, keçən nəsilləri günahlandırırıq, Bu gündə milli-de- mokratik istəklərimiz əldə edilməsə, mütləq gələn nəsillər qarşısında suçumuzu inkar etmək olmaz. Böyük milli faciənin zərərlərini yenidən cübran etmək olacaqmı?!
Bu gün 10 milyona yaxın nüfusa malik olan Quzey hü- dudlarımızda gənc Azərbaycan cümhuriyyəti vardır və bu nüfusa görə 600 çeşitli qəzetə və dərgi nəşr olunur. Habelə 700 kitabxana vardır ki, onlarda saysız-hesabsız Azərbaycan türkcəsində və ya çeşitli dillərdə kitab yerləşmişdir. Sehrəngiz musiqisi dünyanın musiqiləri içərisində tanınmışdır və… məhz inkişaflar Azərbaycan dövlətlərinin maddi və mənəvi himayələri üzərində əncam tapıb və tapmaqdadır. Müstəqil milli dövləti olan Quzeyli vətəndaşlarımız, təxminən 30 milyona qədər İranın siyasi hüdudlarının içərisində yaşayan Azərbaycan türklərindən başuca və bəxtiyar yaşayırlar. Kimsə onların milli varlığını inkar etməyə cəsarət edə bilmir. Lakin Güneydə yaşayanları, dünyada Azərbaycan cümhuriyyətinin dili və inkişaf etmiş milli kimliyi ilə tanırlar.
Təəssüflə İranda çoxluğu təşkil edən Azərbaycan türkü üçün nəşr olunan qəzetə və dərgilərin sayı 60 (atmışı) aş- mır və onların çoxuda fars dilində yayılmaqdaadır. Ağalar istədikləri zaman mətbuatın yasaq əmrini çıxarıb və öz dilinə və kültürünə sayqı bəsləyən mətbuat xadimlərin utanmazca- sına şallaqla və zindanla cəzalandırırlar. Kitabxana və kitaba gəldikdə 30 dan artıq kitabxana yoxdur və türkcə olan kitab- ların sayıda heç 100 cildi aşmaya bilər.
Bir rus alimi anadili haqqında belə deyir: “Əgər bir milləti bağımsıızlıqdan məhrum etsən, şəhərin və kəndin dağıtsan, hətta o milləti doğma vətənindən didərgin salsan, o millətin varlığı ölməz. Amma əgər bir millətin ana dilini alırsan, o millət tezliklə yox olub və tarixin səhifəsindən məhv olar! Niyə ki, kültürel varlığın və öz fikirlərini dilə gətirə bilməz!”4
Təsadüfi deyil ki, Azərbaycan demokrat firqəsinin başçı- sı rəhmətlik Mir Cəfər Pişəvəri deyirdi: “Siyasi mübarizədə eləmək olar bir addım dalı ya qabağa qoyulsun, amma əsli səngəri əldən vermək məğlubiyyət mənasındadır və bizə dil əsli səngərdir. Niyə ki, milli dil bir möcüzə kimi eliyə bilər bütün geri qalmaqlarda və kültürü inkişaf etməkdə böyük rolu olsun!”
Ardı var…
Qaynaq:
- Tribun dərgisinin 3-cüsayı. Bahar 1998, s136
- 21 Azər kitabı . S. 85
- Həmin S. 80-81
- Zendəgi Səfər Qəhrəmaniyan. S. 8
Mir Musa Haşimi
Malmö, İsveç
Avqust 2002-ci il
mirmosa1947@gmail.com