Böyük insan, qüdrətli alim ustad Mir Hidayət Həsarinin nurlu xatirəsini ehtiramla yad edirik! (1929-2012)
2013-01-20
Son hadisələr haqqında qısa fikirlərim!
2018-07-10Zalimin çirağı sübhə tək yanar,
Onu bir püfləyən nəfəs olmazsa.
Məzlumun haqqını zülmükar qanar,
Zəncirlər qırılsa, qəfəs olmazsa.
Mirhidayət Həsarı
Yenə xoşagəlməz acı bir hadisənin şahidi olduq və olay bundan ibarətdir: Güney Azərbaycanda, Salmas şəhərinin şura üzvüləri tərəfindən seçilmiş nümayəndələrin aldıqları məntiqi qərar əsasında, fars şairi olan Əbulqasim Firdovsinin heykəli bahar bayramı ərəfəsində bu şəhərin mərkəzi meydanından qaldırılır və meydana “Firdovsi” meydanı yerinə, inqilab (devrim) meydanı ad verilir! Amma təssüflə bir neçə gündən sonra Mərkəzi hökumətin basqıları nəticəsində o heykəl bir daha həmin yerə qaytarılmışdır! Bunu da xatırlatmalıyıq ki, Salmas rəsmilərinin bu mədəni işləri əhalının və bütün vətəndaşların hüsn- rəğbətini qazandı. Onlar tarix qarşısında bu düzgün addımı admaqla, gələcək nəsillərin xatirələrində dərin iz buraxmış oldular!
Yuxarıdakı olaydan bəri Azərbaycanlı vətəndaşlarımız bu sahədə sanballı yazılar yazıb və yaymışlar. Mənim də bu sətirləri qələmə almaqda məqsədim Əbulqasım Firdovsini qaralayıb yadakı ağartmaq deyil. Çünki Firdovsi və firdovsipərəstlərin (pan iranizm) mahiyyəti hər bir vicdanlı insana aydındır! Ancaq istərdim bir daha xatırlıyaq ki, qonşu fars xalqına mənsub olan Firdovsi heykəlinin zorakılıqla Azərbaycan coğrafiyasında yerləşdirilməsi və Azərbaycan türkünün dünya səviyyəli adlı -sanlı insanlarının kölgədə qalmasının siyasi anlam daşımasını millətimiz dərindən hiss edir! Görəsən belə bir işə xalqı aydıncasına təhqir etməkdən başqa nə demək olar?
İran sentiralızmı və ya hokuməti bir əsrə yaxındır ki, paniranizmin ən güclü təfəkkür mərkəzinə çevirilmiş və bütün qeyri-fars millətlər, o cümlədən Azərbaycan türkləri bu dəhşətli sistemin amansız qayda və qanunları əsasında basqı və təzyiqlərinə məruz qalaraq, assimilə siyasətində əriyib yoxa çıxmaqdadırlar. Bu faşisti və insanliğa zidd olan sistemin hansı ad ilə olur olsun, davam etməsini insan huquqlarına, məhz milli hüquqlara zidd və biganə sanırıq və ya hesab edirik.
Pəhləvilər sülaləsi çağı anti-türk siyasətini yürütmək məqsədilə beş framasunuru yəni “loj Kuruş, loj Aria, loj Xəyyam, loj Səfa və loj İsfəhan” 1960-ci illərində yaranmışdır. Təssüflə onların üzvüləri 1978-ci il inqilabdan sonra da əritmə, siyasətlərini islam hakimiyyətində, Pəhləvi dovranından daha artıq davam etdirdilər. İllərdir ki, o zəhərli siyasət nəticəsində milyunlar insan öz milli varlığından uzaqlaşmışdır.
Yuxarıda adı çəkilən heykəli yenidən qaytarmaq üzərində dəridən – dırnaxdan çıxan öz manqurdlarımızın da yüksək rolu olmuşdur. Manqurdlar ilə bağlı Azərbaycan şairi MirzəƏli Əkbər Sabirin şeirinə işarə edirəm:
Cahilin canı cəhalət şəminə pərvanədir,
Öz əlilə, öz evin viran edən divanədir!
Yuxarıdakı macarada əsas rolu olan ünsürlərin adını çəkməkdən vaz keçirik, çünki, millətimiz, üzdəniraq, bu “adı bəllilərin” çirkin üzünü yaxından tanıyıbdır… Amma azərbaycanlıların mətanət, dözüm və mədəni davranışlarından faydalanan Iran islam hakimiyyətini bu sahədə mütləq suçlu tanıyırıq! Çünki bu birinci deyil və sonuncuda olmayacaq! Söz yalnız “Firdovsi” heykəlindən getmir. 21-ci əsridə bir milləti, Iran adilə daha qaranlıq zindanda saxlamağa kimsənin haqqı yoxdur! Bu gün odlar yurdu Azərbaycanın içərisi vulkan kimi çalxalanır, millətimizin “öz müqaddaratını” təyin etmek istəyi yanar od kimi yer altından püsgürmək halındadır. Bu gün Azərbaycan türkünün məsələsi “siyası məsələdir” və başqa istəklər hamısı azadlığımız içərisində layiqcəsinə öz yerin tapacaqdır.
Bu gün bütün təmamiyyətçilər (Iranın bütövlüyün istəyənlər), Güney Azərbaycanda mənəvi bir inqilab və əxlaqı bir dəyişiklik istiqamətində yönələn mütərəqqı Azərbaycan milli hərəkatını mütləq tanımaq məcburiyyətindədirlər. Yoxsa millətimizi pan türkizm, təcziyyətələb və sairə… damğaları ilə hədələmək olmaz. Milli mübarizə yolunda bir addım belə geri çəkilmiyəcəkdir. Bunu hərkəs eşidib və yaxşı bilsin!!!
Mir Musa Haşimi
Malmö, İsveç
8 mart 2015-ci il
mirmosa1947@gmail.com