Xatirələr dəftərindən bir yarpaq (Pr. Dr. Əli Minayi, 1924-2002)
2007-08-01İnamla irəli
2010-05-20Qaydadır dünyada dost- dostu seçər,
Dostluğun badəsin doldurar içər,
Sevgilə, inamla sınaqdan keçər,
Ürəklər güzgü tək ışığın salar.
Belə bir yoldaşlıq yaşayar qalar.
Gəlin bir dostlara nəzər salaq biz,
Etibarsızlardan ibrət alaq biz,
Həyatda dostluğa sadıq qalaq biz ,
Bax budur dostluğun ilkin təməli.
Vəfalı dostların düzgün əməli.
Yemək dostu yecək, buraxıb gedər,
Dil dostu dil tökər, firsəti güdər,
Can dostu mərd olar can, fəda edər.
Mirmusa inanib ömründə belə:
“Can dostunu saxla, can fəda eylə!”
Mir Musa Haşimi
Malmö, İsveç
Fevral 2009-cu il
mirmosa1947@gmail.com