
Son hadisələr haqqında qısa fikirlərim!
2018-07-10
Azərbaycan həqiqətləri
2020-06-23Tarixi təcrübə:
Keçməkeşli tarix xalqımızın başından ötən acılı-şirinli olayları güzgü kimi özündə əks etdirir və təəssüflə acısı çox və şirini azdır…
Tarixin qaranlıq küçələrində qalmayaq deyə bütün olayları xatırlayıb sətirləri çoxaltmaq niyyətində deyiləm. istərdim ki, tariximizi ötəri varaqlayaq və bəlkə keçmişdən ibrət almış olaq! Elə buna görə də, bu günkü durum haqqında və gələcək üzərində fikirimi yığıcam şəkildə sevgili oxuculara çatdırmağı özümə milli borc sanıram!
Sankı dünən idi, 1813-ci il Gülüstan, 1828-ci il Türkəmənçay anlaşmaları ilə bir xalqı iki yerə bölərək bu tarixi torpaqlarda sərhəd yaratdılar! Hələdə o taylı-bu taylı Azərbaycan xalqı bu unudulmaz milli faciəni nifrət ilə xatırlayır!… Bu qanlı savaşlarda yalnız Azərbaycan türklərinin qarapapaq döyüşçüləri Abbas Mirzənin komandanlığı altında çar qoşunuyla qəhrəmancasına vuruşurdu və belə bir ağır durumda İranın başqa millətləri muharibəyə qatılmamışdı. Amma İranda tarixi təhrif edərək bu muharibəni İran və Rus savaşı kimi qələmə almaqları da təsadüfü deyil…
Sankı dünən idi, İranda Məşrutə hökuməti qurmaq əzmində olan Azərbaycanlılar Səttarxan və Bağırxan başçılığı ilə Təbrizdən Tehrana yola düşdülər…
Sankı dünən idi, Şeyx Məmməd Xiyabani qiyami Təbrizdə başlandı…
Sankı dünən idi, Azərbaycan Demokrat firqəsi rəhbərliyi altında Mir Cəfər Pişəvəri və onun məsləkdaşları Azərbaycan Milli Hökumətini yaratdılar…
Sankı dünən idi, biraz milli istəkləri olan Xalqmüsəlman partiyası yarandı…
Adı çəkilən bu hərəkatların acınacaqlı taleyi hər bir Azərbaycanlının ürək ağrısı və xalqımızın məğlubiyyətidir! Ümumiyyətlə, yuxarıda qeyd olunan məğlubiyyətlərdə İran mərkəzi hökuməti və bəzi xarici dövvlətlərin böyük rolları olsa da, bir xalq kimi milli məsələmizin düşünlüb-daşınılmış, vahid bir milli mübarizə proqramının, olmaması, xalqımızın bütün zümrələrinin birlik numayiş etdirməməsi və bir çox digər çatışmamazlıqlarımizı etiraf etməliyik.
Federalizm nə deməkdir?!
Bu günə qədər tarixi təcrübələrdən aldığımız sonuc bundan ibarətdir: Azərbaycan türklərinin son yüz ildəki hərəkatları öz dövrünə görə federalizmə oxşar və bəlkə də bundan daha üstün bir sistem əsasında ortaya çıxmışdır. Amma təəssüflər olsun ki, həmişə məğlubiyyətə uğrayaraq xalqımızın arzu və istəkləri reallaşmamışdır.
Sankı tarix təkrar olmaqdadır, çünki imperialistlər öz yararlarını nəzərə alaraq bu gün, bu dəfə də federalizm sistemi ideyasını gündəmə gətirməklə İranın qorumasına cəhd göstərmək niyyətindədirlər. Elə bu günə qədər istədikləri rejimləri iqtidar kürsüsündə oturtmağı bacarmışlar desək səhv etmərik. İranın bütün siyasi hərəkatlarında Azərbaycanlıların tükənməz gücündən faydalanmaqları da danılmaz bir faktdır.
Ən sonu 1978-ci il İran islam inqilabını bariz bir nümunə kimi göstərmək olar. Hakimiyyətin anayasasındakı 15-ci, 19- cu, 48-ci maddələr həyata keçirilsə, elə onda da federalizmdə vəd olunan hüquqları əldə etmək mümkündür. Baxın, bu qırx il iqtidarda olan qeyri-demokratik İran islam rejimi aldadıcı sözlərlə Azərbaycanı necə dözülməz bir duruma gətirib çıxarıbdır! Özəlliklə İran-Iraq savaşında on minlərlə məsum vətəndaşlarımız həlak olmuş və ya əlil qalmışlar. Bütün mad- dı, mənəvi və fiziki gücə malik olan azərbaycanlılar bu gün iqtisadi, sosial, təhsil, mədəni sahədə ən ağır bir şəraitdə yaşamaq məcburiyyətindədirlər! Bütün mədənlər talanır! Ekologiya sahəsində bərbad bir duruma məruz qalmış “Urmu gölü” son nəfəsini çəkməkdədir! Kültürəl, ictimai, siyasi baxımdan dünyanın ən geri qalmış xalqıları sırasındayıq…
Fikirimizcə, ayrı-ayrı xalqların özlərinə məskən etdikləri İran kimi qeyri-demokratik bir ölkədə federalizm sistemi həyata keçirmək çox nədənlərə görə qeyri-mümkün görünür! Buna görə bir neçə sorğu vermək qənaətindəəyəm:
- cisi: Hansı dil mərkəzi dovlətin ümumi dövlət dili ola- caq? Fars dili olmasını çoxunluqda olan türklər mütləq qəbul etməyəcəklər…
- cisi: Azərbaycan türklərinin qüzeyində bu gün müstəqil bir Azərbaycan Cumhuriyyəti vardır və nüfus baxımından çoxluq təşkil edən Güney Azərbaycanlılar görəsən, geri qayıdıb federalizm boyunduruğu altına girəcəklərmı?!
- cüsü: Azərbaycan torpaqları təcavüzə məruz qalırsa, mərkəzi dovlətin əmri altında olan ordu vaxtında sərhədlərimizi qoruyacaqdırmı?! Yoxsa tarixin şahid olduğu kimi Azərbaycanın dilbərguşəsi sayılan Urmu, Salmas və digər şəhərlərində, kəndlərində törədilən dəhşətli cinayətlər yenə təkrar olacaqmı?!
- cüsü: Azərbaycanlılar öz talelərini əldə etmək əzmində olsalar, cavabınız nə olacaq?!
Yeri gəlmişkən məzmuna aid olan və şəxsən özümün yaşadığım bir xatirəmdən sizə bəhs etmək istəryirəm… 2005-ci ilin baharında əziz bir dostumun dəvətilə təsiscisi olduğum Azərbaycan milli cəbhəsi tərəfindən London şəhərində bir oteldə keçirilən “İranda yaşayan qeyri-fars millətlərin iclasına” qatılmışdım. Iclasın amaclarını və iştirak edən təşkilatları tanımaq üçün rəsmi iclasdan bir gün öncə bir xüsusi tanışlıq iclası tələb etdiyimə görə, axşam çağı elə həmin oteldə bir məsləkdaşım ilə birlikdə hazır olduq. Nə isə, qızğın söhbətlər getdikcə fikirlər aydınca ortaya çıxırdı… İranda federalist bir hökumətin yaranmasınin əlehinə olan biri kimi şəxsən mən, orda öz müxalif fikirlərimi bildirərkən, Kürdüstan Demokirat Partiyasından biri belə dedi: “Ağa Haşimi, siz ki, Azərbaycana istiqlal duşunursunuz, və… Türkiyə arxanızdadır. Türkiyəni bu məsələyə qatmağınız düzgün deyil və bu bölgədə bizim yaxın qonşumuz sizsiniz. Mən o şəxsin cavabini lazimi şəkildə verdim. Sonra Bəlucistandan gəlmiş bir nümayəndə belə fikir bildirdi ki, Tehranın bazarılarının çox hissəsi azərbaycanlılarin əlindədir və hakimiyyətlərdə də genis şəkildə təmsil olunmusunuz. Mən soylənənlərlə razi ol- maddiğimi bildirərək izah etdim ki, kənardan belə görünsə də əslində, Azərbaycanlıların durumu hər sahədə olduqca ağır və dözülməzdir. Beləliklə də, bu tanişliq görüşməsində mən artıq sabahiki toplantinin abu-havasini hiss etdim!
London iclasında üç hədəf üzərində, yəni”öz müqəddaratini təyin etmək, demokratiya, sekularizm” əksəriyyət tərəfindən müştərək nöqtə olaraq qəbul olunsada, müəyyən nədənlərə görə sonuc vermədi. İclasda səslənən bəzi fikirlərin nə qədər muxtəlif və absurd olduğunu göstərmək üçün, sadəcə bir soydaşımızın söhbətini sizin nəzərinizə çatdırmaq istəyirəm. Adını açıqlamaq istəmədiyim bir Azərbaycan təşkilatına mənsub olan bir türk soydaşım S. bey belə bir söz dedi: “Biz İranda farslar ilə əsrlər boyu birlikdə yaşamışıq, mənim vətənim bölünürsə əlimə silah alıb təcziyə-tələblərin qarşısında duraram!..” Mənsə cavabında dedim ki, hələ əlinizdə bir silah yoxdur, siz burada belə qeyri-demokratik davranırsınız, elə buna görə federalizmə inanmırıq! Bir də əlavə etdim ki, “Bizdə belə bir deyim var “hamını bəzər, özü lüt gəzər! O,iynə deyil! O, təəssüflə bizim xalqımızın içində olanlardır…”
Azərbaycan Milli Hərəkatının zərurəti:
İran islam rejiminin qəddarlığına baxmayaraq uzun illərdir ki, başıbəlalı Azərbaycan xalqı, özəlliklə Azərbaycan milli fəallari daxildə və xaricdə hər işarantını diqqət mərkəzlərinə alaraq, hərəkatı elmi, fəlsəfi baxışlarla mədəni şəkildə yönətməkdədir! Biz bir çox sahələrdə irəliləmə və inkişaf mərhələsinin canlı şahidiyiq, bu haqqda indi bəhs etmək istəmirəm.
Demək olar ki, Azərbaycanlıları ciddi şəkildə təhdid edən siyasi planlar, bölgədə baş verən siyasi-ictimai “oyunlar” bu gün hər zamandan daha aydin şəkildə görünməkdədir, xalq artıq oyanmişdir. Xalqımızın qeyri-demokratik qüvvələr qarşısında səfərbərliyi təsadüfü deyil. Azərbaycan milli hərəkatının günü-gündən güclənməsini kimsə inkar edə bilməz! Bütün bu olayları tarixin zərurəti, millətimizin istəyi olaraq dəyərləndirmək lazimdir.
Bu gün biz tarixi anları yaşayırıq! Biz təkcə bu gün deyil, Millətimizin taleyini həll etmək, mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi qoruyub gələcək nəsillərə ötürmək bizim boynumuza düşür. Axı Azərbaycanın qudrətli tarixini, zəngin mədəniyyətini dünya nə zaman tanınacaq?!
Görəsən Arazın o tayında Azərbaycan Cumhuriyyətində ana dili, adət-ənənə, mədəniyyət, incəsənət və sairə qorunub saxlanilmasa və inkişaf etməsə idi, Azərbaycanın dövlət bayrağı Birləşmiş Millətlər Təşkilatinin binasında dalğalanmasa idi, dünya ictimaiəti İranın siyasi coğrafiyasında çoxluğu təşkil edən bütün türk soyluları xüsusilə Güney Azərbaycanlıları bir millət kimi tanıyacaqdımi?!
Görəsən insanın dünyaya göz açması, həyat sürməsi bir sözlə ömüru bir dəfədən artıqdırmı? Əlbəttə ki, yox! Bəs insan bu dünyada insan kəramətinə layıq yaşamalıdır, ulu tanrının və təbiətin bütün nemətlərindən olduğu kimi ləzzət aparmalıdır. Belə bir xoşbəxtlik zirvəsinə çatmaq hər kəsin birinci insan haqqıdır. Bir kimsənin haqqı yoxdur insanı öz hüquqlarindan məhrum etsin!
Görəsən, xalqın siyasi, ictimai, mədəni həyatinda çalişib illərdir külüng vuran qızları, oğulları nə vaxta qədər təzyiqlərə, basqılara məruz qalacaq? Xalqın günahsız övladları nə vaxta qədər yurdundan-yuvasından uzaqlarda sürgün yaşayacaq? Ûmumiyyətlə, Azərbaycan milli hərəkatını bütün bu zülmlərdən doğulan tarixi bir hadisə kimi dəyərləndirmək olar!
Son:
Ərəbcədə belə bir deyim var: Tarix keçmişin təcrübəsi deməkdir, təcrücə bir daha təkrar olursa, ona xəyanət deyilir!”
Daha bəsdir, yeter artiq! Bu gün özgəni bəzəmək yerinə, öz xalqımızın qeydinə qalmaliyiq! Bu gün Azərbaycanın quzəyində müstəqil bir türk dövləti yaşayır və güneyində olan Azərbaycanlılar İran hakimiyyətlərinin qanlı caynağı altında esarətdə yaşayir və onun bütün milli varlığı yoxa çıxmaqdadır! Sizə bir örnək vermək istəyirəm. Milyonlarla məsum uşaqlarımız türk anası qoynunda farsca dil açır! Görəsən, hələ qollardan zəncirləri qirib, haqsızlıqlara son qoymağın vaxtı gəlib çatmayıbdır?!
Fransiz General De Goldan bir sitat gətirmək istəyirəm. General De Golun 1940-ci ildə belə demişdir: ”O, gün ki, duşmənlərimizə bizləri əzişdirmək imkanı verən tekniki maşınlara yiyələnəriksə biz də intiqamımızı ala bilərik!”
Güney Azərbaycan bağli-bağatli, qoynunda yüksək keyfiyyətli meyvə-tərəvəz(səbzicat) və digər kənd təsərrüfati məhsullari yetişdirən bol-bərəkətli bir diyardir. O, Qərbə, Orta Asiyaya, Orta Şərqə, Hind Okeanına doğru açılan bir pəncərədir. Hərçənd ki, İran hakimiyyətləri hec bir zaman Güney Azərbaycanı əldən vermək istəməz, lakin bu gün biz millətlərin biri-birinin ardınca müstəmləkəçilikdən xılas olduqlari və ya mubarizə apardiqlari bir dövrdə yaşayırıq. Buna ən gözəl örnək Vahid Almanıyani göstərmək olar. Azərbaycanlıların da müstəqil olmaq arzusu onlarin ən doğal haqqidir!
Şübhəsiz ki, gələcəkdə müstəqil Azərbaycanın siyasi, iqtisadi, maddi-mənəvi gücü məntəqədə sülhün, qardaşlığın və əməkdaşlığın yardımcısı olaraq hər bir azərbaycanlının fəxrinə çevriləbiləcəkdir!
Etiraf etməliyik ki, bu müqəddəs yolda tək-tənhayıq, çiynimizə çox ağir və eyni zamanda çox şərəfli bir yük düşür. Ilk növbədə xalqimizi özünə tanıtmaliyiq, cəmiyyətimizin “milli özünü dərketmə”prosesini sürətləndirməli və özünə güvənini artirmaliyiq. Bölgədəki hazır siyasi-ictimai hadisələri zamaninda düzgün dəyərləndirərək mütərəqqi millətçilik yolunu Azərbaycan milləti üçün “hamarlamalıyıq”.
Bildiyimiz kimi qorxaqlıq insanliğin ən mənfi xüsusiyyətlərindən biridir ki, o insani çevrəsindən asili vəziyyətə gətirir, onu məğlubiyyətə düçar edir, öz güvənini hecə endirib içiboş qudrətlərə heyran etdirir. Azərbaycanda özünü dərk edən, millət-vətən təəssubkeşliyi çəkən qeyrətli vətən övladlarimizin maddi-mənəvi qüvvəsi, apardiği mücadilədə özünə inami o qədər güclüdür ki, onlar birləşsələr qisa müddətdə ən qati düşmənlərini belə dizə çöküdürməyə qadirdirlər! Bu həqiqətə bütün varlığımız ilə inanırıq!
Mir Musa Haşimi
Malmö, İsveç
Fevral 2019-cu il
mirmosa1947@gmail.com