
Tarixin təkrar olmasına yol vermiyək!
2022-11-11
Hər Şey Yaxşı Olacaq!
2025-01-04Bir Azərbaycan milli fəalı olaraq, 2024-ci ilin 1 mart tarixində Qərbi Azərbaycan əyalətində keçirilən seçkilər üzərində neçə sətirdə fikirlərimi siz oxucular ilə paylaşmaq istərdim:
Tarixin qaranlıq küçələrinə qayıdmaq istəmirəm, amma 53 il mənfur Pəhləvilər dövrü Azərbaycan əyalətinin torpaqlarını tikə-tikə bölmək və bu coğrafiyaya siyasi məqsədlər ilə başqa etniklər yerləşdirmək və 45 il İran islam hökuməti tərəfindən bu siyasətin müntəzəm şəkildə davam etməsini xatırlatmağı zəruri hesab edirem. Təəssüflə xəyanət ilə əlaqəli bu siyasət yavaş-yavaş öz acısını göstərmədədir.
İran islam hökuməti, rejimin kökündən sarsılmasını bu son illərdə dərindən hiss etdiyinə görə, bu son seçkidə, Qərbi Azərbaycan əyalətində özəlliklə Urmu, Sulduz və Makı şəhərlərində saxtakarlıqla özləri istədiyi şəxsləri seçməklə təhlükəli risklərə əl atdı! Təəssüflər olsun ki, tarixin acı olaylarından ibrət almayan bəzi fürsətçi kürd partiya və qrupların rəhbərləri və onların tərəfdarları bilərək ya bilməyərək belə bir təhlükəli oyunun toruna düşərək, bu ərazidə azlıq təşkil edən kürd kökənli vətəndaşlarımıza ciddi bir problem yaratmağa imza atmışlar.
Saxta seçimdən sonra Urmu şəhərinin qədim Yuruşah dərvazasının qəlbində yerləşən »Əyalət meydanında« və… İran islam rejiminin təhlükəsizlik qüvvələrinin himayəsi ilə bir iddə kürd əsilli şəxslərin :”Urmu Kürdüstandır!” şuarlarının səslənməsi bu şəhərin kökünü çiynində daşayan Azərbaycan türkləri üçün dözülməz idi… Belə bir çirkin davranışların qarşısını kürd xalqına rəğbət göstərən orqanlar və şəxsiyyətlər alabilməzsə, əminəm ki, sabah gec olacaq!
Əldə etdiyimiz məlumata dayanaraq Urmudan iki kürd nümayəndə çıxması da İran islam hökumətinin qırmızı xətdi idi. Seçkilərin sonucu açıqlamadan öncə Urmu valiliyində son anlarda verilən kəskin göstəri bariz bir nümunədir!
İran islam cümhuriyyətinin daxili işlər nazirinin ideasına görə səs vermə hüququ olanlardan yalnız 41 % səs vermişdir. Beləliklə, qeyr- demokratik İran islam hökumətinə bütün İran da yaşayan xalqılar kəskinliklə “YOX” deyiblər! Maraqlısı budur ki, belə bir gərgin durumda, bu hökumət çökərkən və azərbaycanlıların milli hökuməti yaranarkən görəsən hansı bir mərkəzi hökumət, daha hansı çirkin yollarla azərbaycanlılar üzərində hökm etməyə qalxacaq?! təbii ki, o zaman bütün etnik qruplar öz yerini biləcək və azərbaycanın milli hökumətinin himayəsində rahatlıq və təhlükəsizlik şərayitində yaşayacaqlar!
Məncə, biz bu seçkidə uduzmamışıq, əksinə azərbaycanlıların əksəriyyəti, özəlliklə (Urmu, Sulduz və Makıda bir çox soydaşlarımızın seçkilərdə iştirak etmədikləri üçün bu çox ibrətamiz bir hadisə oldu. Bir sözlə, insanları özəlliklə də gələcək üçün milli məsələlərə bağlı həqiqətləri dərketməyə oyatdı…
Mir Musa Haşimi
6 mart 2024-cü il, Malmö şəhəri