
Milli gücümüzü hədərə vermiyək!
2021-08-04
Külək əkərsən, Fırtana biçərsən!
2024-03-08Tarixin təkrar olmasına yol vermiyək!
Son iki ay içində İranda keçirilən etiraz aksiyaları barədə bəzi fikirlərimi əziz oxucular ilə paylaşmaq istərdim.
Ümumiyyələ, İran islam hökumətinin qeyri-demokratik davranışları, bu gün ölkə əhalisini dözülməz bir duruma gətirib çıxarmışdır və bu həqiqət hamımıza aydındır. Ona görədə bu rejimin devrilib məhv olması hər bir vücdanlı insanın istəyi və arzusudur. Amma duyğulara qatılıb, rejimin devrilməsi nəyin bahasına olur-olsun demək sankı, 1978-ci ildə Pəhləvi hökumətini devirmək və Ruhulla Xomeyninin iqtidara gəlməsini xatırladır…
Muəyən səbəblərə görə İran islam hökumətinin müxalifəti, hətta rejim daxilindəki pan- iranistlər və… sairələri arxada bir araya gəlib və yenə fars mehvərli İran rejimini qorumaq amacı ilə bugünkü etirazların keçirilməsində yüksək rol oynayırlar. Səltənətçilərində bu hərəkatı mənimsəməyə can atmaqlarını aydıncasına hiss etmək olur!
İndiyə qədər sübüt olduğu kimi, insan haqlarına göz yuman totalitar İran islam rejimi qarşısına mükəmməl düşünülmüş plan, strateqiya və proqramlarla çixmasaq daha ağır faciələrlə qarşılaşa bilərik. Suriyədəki Bəşar Əsəd rejimi buna bariz bir nümunədir! İran islam rejimi tərəfindən bu son həftələr bir çox insanın özəlliklə, qadınların qətlə yetirilməsi, zindanlara salınması və işkəncələr hər bir azadlıq sevər insana ürək acısı verir. Bu vasitə ilə bütün həlak olanlara rəhmət, şəfəqqət, ailələrinə dözüm, sebr diləyirik və qan içən rejimi, qeyri-insani əməllərinə görə şiddətlə qınayırıq!
Bu gün İranda sistem dəyişməkdə daha biz Azərbaycan türklərinin öndə getməsi zəruri deyil! Görəsən, 1906-ci il Məşrutiyyət inqilabı, 1920-ci il Azadistan hərəkatı, 1945-ci il Azərbaycan Milli Hökuməti, hətta 1979-ci il Azərbaycan Xalq müsəlman hərəkatı və hamısından güclü və milli xarakter daşıyan bugünkü Azərbaycan milli-mədəni hərəkatı buna bariz nimunələr deyil mi?!
Günümüzə qədər azadlıq uğrunda şirin canlarını fəda edən insanlarımızın şərəfli xatirələrini unutmaq, Güney Azərbaycanın hal-hazırdakı ağır ictimai, sosial, iqtisadi, siyasi durumunu olduğu kimi dərk etməmək, keçmiş təcrübələrə bilə-bilə göz yummaq bağışlanılmaz və böyük bir yanlışlıqdır! Çünki hər zaman azərbaycanlıların azadlığını məhv edən, onların haqqlarını tanımayan və daima əsarət altında saxlamaq istəyən İran demokratları olmuşdur.
Elə bu gündə İranın bütövlüyü adına dəridən-qabıqdan çıxanlar və Güney Azərbaycan Milli hərəkatını boykot edənlər bu üzdən ıraq demokratların varisləridir. Təəssüflə, bunların içində asimilə qurbanları olan və kimliyindən uzaqlaşmış olan bizim ”Manqurtlar”da vardır…
Bildiyiniz kimi, ərəbcədə tarix yəni “keçmiş təcrübə” təcrübə bir daha təkrar olunursa, ona məhz “xəyanət” deyirlər. Bəs necə olur ki, tarixin acı səhifələrini görə-görə, insan bir daha səhv etməyə yol versin?! Bu gün dünyamızda baş verən toplumsal siyasi-ictimai və mədəni hadisələrə baxarkən, xalqımızın özəlliklə gənc nəslin milli istəklərinin qarşısında hər kəs baş əyməlidir. Çünki, azərbaycanlıların milli sərvəti gecə-gündüz hər tərəfli talanır, milli varlığı yoxa çıxır, iqtisadi, rifah və əmniyyət baxımından ən dözülməz şəraitdə yaşamaq məcburiyyətindədir. Belə bir fəlakətdə yaşayan xalqımızın dözümü tökənməkdədir. Bu tarixi fürsətdən faydalanıb öz taleyini, müqəddaratini həll etmək ideyaları millətimizin ən doğal haqqı və tarixi istəyidir!
Acı təcrübələrdən sonra İranın siyasi xəritəsini bu dəfə də “federal-demokratik quruluş” adına qorumaq və əksəriyyəti təşkil edən azərbaycan türklərini və ya başqa xalqları əsarətdə saxlamağa son verilməlidir! Bu gün bir mənali şəkildə kəkələmədən, İran adlı TABUNU sındıraraq bütün xalq zümrələri arasında müstəqillik məfkurəsinin qururla yayılması hər bir milli fəalın milli borcudur! Eləcədə Güney Azərbaycanın azadlığı, özgürlüyünə qovuşması üzərində ciddi plan, strateqiya və taktikanın hazırlanması günümüzün ən vacib bir məsələsi sayılır!
Bu günə kimi, Güney Azərbaycan Milli hərəkatının tükənməz gücünün müxtəlif şahidi olmuşuq. Ən sonuncu dəfə, ikinci Qarabağ savaşında Güneydəki xalqımızın Azərbaycan ordusunu himayə etməsi idi. O ərəfədə daxildə milli fəalların aldıqları qərar əsasında, Tehranın Xorasan meydanından tutmuş, Culfa şəhərinə qədər bütün şəhərlərdə möhtəşəm aksıyalara qatılanların uca səsi bütün dostları sevindirib və düşmanları məyus etmişdi. Ona görədə daxildəki həssas durumu anlamadan Güney Azərbaycan Milli hərəkatının prinsiplərini pozan və daxildə milli fəallarımıza çətinlik törədən xaricdəki bəzi vətəndaşlara, qurumlara, ictimai birliklərə bir daha xatırlatmalıyıq ki, hərəkatda tək rəhbərlik etmək və ya xaricdən rəhbərlik etmək düzgün yol deyil. Mən belə hesab edirəm ki, bu gün orada atılan bütün addımlar, verilən qərarlar, real durum nəzərə alaraq daxildən, toplum tərəfindən idarə olunmalıdır.
Amandir əziz millətim, bu dəfə bir yanlışlıq etməyək və belə bir tarixi şansı əldən buraxmayaq!
Mir Musa Haşimi
09-11-2022, Malmö, İsveç