Böyük arzuya gedən yol (1)
2002-08-01Burada bir xatirəni şərh etmək istərdim: “Bir gün (Ziya Abedi) adlı dostlarımdan biri ilə Malmo şəhərində bir cəmiyyət qurmaq üçün fars dilli dostların arasında Cahangi- ri adlı birisinin evinə getmişdik. Bu cəmdə on nəfərə yaxın olardıq və çoxlarını mən tanımırdım. Çay, şirniyyat, meyvə yedikdən sonra iclas rəsmiyyət tapdı. Dr. Bijən Salehi orta yaşlı, mətanətli birisi iclası idarə edirdi. Çoxlu söhbətdən sonra belə anladım iclasdakıların demək əksəriyyəti yenə İran çərçivəsində santralizmə inancları var və söhbətlərin çoxu İs- lam Cümhuriyyətindən sonra məşrutə quruluşu və 1906-ci il ana yasası barədə gedir.
Bu halda dostum (Ziya Abedi) dedi: “Dostlar! 1906-ci ilin ana yasası çox köhnədir, indi Birləşmiş Millətlər Təşkilatında modern qanunlar var və bütün millətlərin haqqları barədə qəbul olmuş qərarlar mövcuddur, yaxşısı olar ki, İranın gələcək hökumətində bu qanunlardan yararlanaq və İranda yaşayan başqa millətlərin hüququna sayğılı olaq və… Mən nəzərlərimi şərh etdiyim zaman Azərbaycan türkcəsinin tədris olunması haqqda iclasın nəzərini soruşdum. (Möhsün Kurdi) qırx ya- şında siyasi fəal, yazıçı, keçmiş qoşunda hava qüvvələrində qulluq göstərən, mənim sağ tərəfimdə oturmuşdu və mənə belə cavab verdi: “Biz indidən belə məsələlər haqqda qərar qəbul edə bilmərik, bu məsələlər haqqda Şura məclisi demok- ratik vəziyyətdə qərar verməlidir. Cavabda söylədim: “Yox, biz belə fikirlərlə razılaşa bilmərik. Məclis nümayəndələri keçmişdə və indiki halda millətin seçmiş deputatları deyil və hamısı qondarma və buyuruqlar səbəbindən seçilmişlər, gələcəkdə də kimsə bunu siğortalıya bilməz. Odurki İran cuğ- rafiyasında yaşayan millətlər öz iradəsinə güvənərək indidən qollarını çırmayıb, özünə güvənməlidirlər.Tarixin gedişatın- dan biz Azərbaycanlıların çox acı xatirələrimiz vardır. odur ki, öz iradəmizdən başqa kimsəyə inana bilmərik.
Mənim sözlərim bitdikdən sonra (Pərvin) xanım dostu- mun həyat yoldaşı uca səslə mənə üz tutub dedi: “Belə olar- sa, məmləkət bölünərsə mən tüfəng götürüb, şəxsən Təbrizə gəlib, separatistlərlə vuruşacağam!”
Belə bir anti-demokratik davranış aydın, eyni halda möhkəm bir cavab tələb edirdi. İclasın rəisindən vaxt alıb, belə cavab verdim: “Hörmətli Pərvin xanım! Dünyanın hər harası olursa millətlərin öz taleyi və müqəddəratını müəyyənləşdirmə haqqları toxunulmazdır. Əgər siz bizim ölkəyə gəlmək və bi- zim millətlə döyüşmək niyyətində olarsanız yəqin bilin, Teh- ranla Qəzvin arası gömrükdə sizin tüfənginizi alıb, Pasportu- nuza Azərbaycan möhürü vurub, sizi turist kimi Azərbaycana buraxacaqlar! Onda tüfəng olmadan Təbrizə xoş gəlmişsiniz. Təbrizin gözəl küçələrində seyrə çıxa bilrsiniz!”
İclasın rəisi mənim dediklərimi dinlədikdən sonra (Ziya) bəyə üz tutub dedi: “Yəqin aqaye Haşimi bu iclasda olmaqdan xoşlanmayıblar və məcburi iştirak etmişlər! aqaye rəis! “ Mən bir yetkin insanam və öz iradəmlə bu iclasda iştirak etmişəm”- cavab verdim. Gəlmişəm bəlkə bir-birimizin yanında dincliklə yaşamağı məşq edək, mən hər hansı yerdə olaramsa öncə öz millətimin talanmış haqqlarının müdafiəsində olacağam.” İc- las bir nəticə əldə etmədən sona çatdı.
İclasdan sonra dostum (Ziya) və yoldaşı Pərvin xanım ilə birlikdə maşınla evə döndük. Yolu ötərkən o, xanım mənə dedi: “Aqaye Haşimi ümid edirəm mənim sözlərimdən inciməmiş olasınız.” “Siz nəzərinizi buyurduz mən də cavabını söylədim və öz nəzərimi açıqlandırmış”-dedim. Mən oldu- ğu kimi sizə hörmətim var. Evimizin qarşısında onlardan ay- rıldım, təəssüflər olsun bu kimi paniranisti təfəkkürlər mənim daha artıq milli məsələmiz haqqda həssas olduğuma səbəb olur və İran adlı müxalifətdən bir dəfəlik sidqim sıyrılır. Hər bir azərbaycanlı ailənin içində humanizm hakim olduğu kimi bu diyarın cəmaətı hamıya nisbət qonaqpərvər olduğu kimi elə o cürdə millətinin qarşısında hər cür zorakılıq, haqqsızlığa dözümsüz olmuş və müqavimət göstərmişdir.
Bir neçə il o xatirədən keçdikdən sonra Pəyamno qəzetində Əliəkbər Ələmi, hüquqşünas, jurnalist “Salam”qəzetinin re- daksiya heyəttinin üzvü, Təbriz, Tufarqan (Azərşəhr), Üskü şəhərləri deputatı ilə 5 saatlıq bir söhbəti “Rəfsəncanın Bəhrmanından Azərbaycanın Təbrizinə qədər”
Haşimi Rəfsəncaniya xitab məqaləni oxudum. Belə məlum olur ki, Haşimi Rəfsəncani 1989-cu il Təbrizə səfəri zamanı millət tərəfindən qarşılanmamışdır, ona görə də o əyalətin idarə şurasında Təbrizi böyük bir kənd adlandıraraq, bəzilərinin fikrincə təhqiramiz danışmışdı, əlbəttə Ələminin cavabı o, qəzetin neçə səhifəsini əhatə etmişdir. Əziz oxucular bu mətləbi, qəzetdə oxuya bilərlər, mən isə qısaca şərh vermək istərdim: “Bəli bu Təbriz Yunan tarix yazanların dediyinə görə onda olan ilkin mədəniyyət nümunələri eramızdan əvvəl 800-cü ilə qayıdır. İslam və həzrəti Məhəmməd səlləllah peyğəmbərliyə çatandan sonra və Abbasilər xəlifələri zamanı öz mədəniyyətini bərpa etdi, Qacarlar dövrü bu şəhər İranın ikinci mühüm və böyük şəhəri idi. Ona görə tam arxayınlıqla demək olar ki, belə təhqiramiz danışıqlar Təbrizin şənindən uzaqdır. Belə olursa xalis qızılın məhəklənməkdən nə qorxusu var!1 Əlbəttə ki, mənim Malmoda“Pərvin”xanıma verdiyim
cavab heçdə təsadüfi deyildi, çünki yaxşı bilirdim Azərbaycan türklərinin milli-mədəni mübarizələri illərdir başlanmış və bu dəfə Azərbaycan milləti öz müqəddəratına sahab çıxmaqdadır heç nəyindən əsirgəmiyəcdir. Azərbaycan vətəndaşları harada olduğundan asılı olmayaraq milli məsələləri haqqda həssasdırlar, onlar xüsusi olaraq Təbrizə Azərbaycanın döyünən ürəyi kimi baxırlar. Eləcə də ŞəmsTəbriz qəzetində mətbuat məhkəməsində bu qəzetin məhkəməsinin şərhində Əli Hamid İman baş müdür deyir: “Mənim taqsırım yalnız bu bölgədə yaşayan millətin varlığını qorumaqdır.”
Burada Əli Hamid İmanın müdafiə etdiyi məqamların bir hissəsinə toxunuram: “Təbrizdə yaşamaq o, xırdaca qara balıq yaşayan kiçik çaya bənzər. Yaşayış Təbrizdə bu bir şırıx kiçik suya bənzər, illərdir ki, yerindən tərpənməmiş, elə dayanmış sankı artıq tərpənməyə belə qadir deyil. Əgər gözlərimizi açıb, uzaqlara diqqət yetirsək üfuqa nəzər salsaq, hamımız o, xırdaca balıq kimi bir kiçik gölməçədə əsir olduğumuzu daim çabalamağımızı görərik. Nə qədər bu ikisi bir-birinə ox- şardır, birisində su hərəkətdən dayanmış, digərində isə həyat. Birində su dalğalanmayır, digərində isə həyat ümid dalğaları yarada bilməyir. Hər ikisi dayaz, hündürlüyü az və tutumları müxtəsərdir. Bir az fikir üfuqlarını genişləndirmək istədikdə başqalarının üfuquna girərsən. İş yatağıda Təbrizdə yaşam kimidir: “qaranlıq, darısqal və nə qədər artıq çabalarsa daha artıq batlaqlığa girərsən, artıq geriyə qalarsan fikir zirvələri bu şəhərdə bir o qədər aşağıdır ki, hərkəsin boyu divarın bu tayından o tayına çatar. Fikir zirvələrini yüksəltməyə və bu gölməçəni dənizə çevirməyə qəsd edərsənsə hərəkət etməlisən və bu gün bu hərəkət səbəbindəndir ki, biz mühakimə oluruq.2
Yazıçı Şəms-Təbriz qəzetinin müdürünün müdafiəsi qeyri- demokratik fikirlərlə aparıldı. Bu yolu davam edənlərə qarşı bir itihamnamədir. Belə mənfur fikirsahablarının nümayədələri istər İran çərçivəsində istərsədə İrandan kənarda qeyri fars millətləri hər cür təhqir etməkdən çəkinəcəkləri yoxdur. Təəssüflərlə bunlar tarixdən ibrət almaq niyyətində deyirlər. Müəllif M. Səid Ordubadinin ”Dumanlı Təbriz” kitabenı onlara tövsiyə edirəm (Əmir Heşmət Təbrizin nəzmiyyə rəisi olan zaman demişdir:
“Belə qərara gəlmişəm ki, bir günün içində bütün Tezar(Çar) qoşunlarını məhv edəm! Bu hadisəni Rus kon- sulu qulağında sırğa etsin. Olsun ki, Təbriz millətinin cəsarəti biganələrə qulaqburma verməkdə həddini aşıranların zehnindən keçmiş olsun.3
Qaynaq:
- Pəyamno qəzeti-1378(1999) cu il Çərşənbə günü Dey ayının 8, ikinci il -No. 74
- Şəms-Təbriz nəşriyyəsi 128 çərşənbə 21 Fərvərdin 1381.
- Dumanlı Təbriz 3-cild səhifə
Mir Musa Haşimi
Malmö, İsveç
2001-ci il
mirmosa1947@gmail.com